Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda ağır qəza - 2 polis öldüYENIXEBER

Bakıda ağır qəza - 2 polis öldü

 

Bakıda polis əməkdaşları qəzaya düşüb

 

Yenixeber.org: Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 07:30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.

Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam