Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dövlət Bayrağı Günü qeyd olunub...BSU-da

Dövlət Bayrağı Günü qeyd olunub...

 

 

 Noyabrın 9-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

 

    Yenixeber.org: Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək bayrağın milli-mənəvi dəyərlərimizdəki yerindən söz açıb. O, BMT-də, beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü əks etdirdiyini bildirib. N.Əliyeva mulDövlət Bayrağı Günü qeyd olunub...
Dövlət Bayrağı Günü qeyd olunub...tikulturalizm, tolerantlıq kimi yüksək dəyərləri ehtiva edən beynəlxalq forumlarda, nüfuzlu dövlətlərarası tədbirlərdə qaldırılan Azərbaycan bayrağının iftixar yerimiz olduğunu nəzərə çatdırıb. O, Azərbaycan gəncliyini dünyada baş verən neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı qorumağa çağırıb.

    Tarix boyu çətin sınaqlardan keçmiş Azərbaycan xalqının bu gün yaşadığı firəvan həyata görə qürur hissi keçirdiyini deyən N.Əliyeva bu inkişafın Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb. N.Əliyeva Azərbaycan bayrağının hər bir vətənpərvər insanın and yeri olduğunu diqqətə çatdıraraq əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

     Sonra BSU tələbələri rus, polyak, bolqar, Ukrayna, belarus, yunan, çex, türk dillərində bayraqla bağlı təbriklər səsləndiriblər.

Tədbir bədii hissə ilə davam edib. Tələbələr tərəfindən bayrağımıza həsr olunmuş şeir və mahnılar ifa edilib, milli rəqs nümayiş olunub.

BSU-nun Mətbuat xidməti

 

Dövlət Bayrağı Günü qeyd olunub...
Dövlət Bayrağı Günü qeyd olunub...Dövlət Bayrağı Günü qeyd olunub...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam