Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Xalq artisti 72 yaşını qeyd edir

Xalq artisti 72 yaşını qeyd edir

 

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyevanın doğum günüdür

 

Yenixeber.org:  Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb.

Aktrisa müxtəlif televiziya tamaşaları (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və s.), filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) yaddaqalan obrazlar, xarakterik rolların ifaçı kimi tamaşaçılar tərəfindən sevilib.

Zərnigar Ağakişiyeva 1982-ci ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam