Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Adı "Lotu Quli"yə qarşı sui-qəsddə hallanan şəxs:Mən heç kimin adamı deyiləm

Adı "Lotu Quli"yə qarşı sui-qəsddə hallanan şəxs:

 

İstanbul polisi tərəfindən kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsdin qarşısını almaq məqsədi ilə həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birlikdə 11 nəfər saxlanılıb.

 

Yenixeber.org: Saxlanılanlar arasında Türkiyənin "Avalon Car" şirkətinin sahibi Orhan Ergin də var. O, hüquq-mühafizə orqanları tərəfindən ifadəsi aldındıqdan sonra sərbəst buraxılıb.

Yenicag.az-a müsahibə verən Orhan Ergin məlum hadisədən danışmaqla yanaşı, İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin adamı olmadığını bildirib.

- Mənim heç bir problemim ola bilməz. Çünki artıq heç bir günahım olmadığı sübuta yetirildiyi üçün sərbəst buraxılmışam. Mən müştərilərimi zirehli avtomobillərlə təmin edən şirkətin rəhbəriyəm. Bu sahədə tanınan iş adamıyam. Azərbaycan mətbuatında yazılan xəbərlərin çox yanlışdır.

- Əslində, nə baş vermişdi?

- Nadir Səlifovun adını ilk dəfə polisdən eşitdim. Daha əvvəl onunla bağlı hər hansı bir məlumatım olmayıb. Öyrəndim ki, ləqəbi "Lotu Quli"dir. Mən yalnız Namiq Canıyevi tanıyıram. Lənkəranski də rəhmətə getməmişdən öncə müştərim olub. İstanbula gələndə və gedəndə şirkətimdən avtomobil kirayələyiblər. Ancaq Rövşən Lənkəranskinin "mafiya babası" olduğunu bilmirdim. Azərbaycanda da mənim şirkətim haqqında məlumatı olanlar var. Hər kəs bilir ki, mən zirehli avtomobillər icarəyə verirəm. Gələndə mənə  sifariş verilir və mən də öz növbəmdə onları avtomobil, sürücü ilə təmin edirəm.

- Namiq Canıyev də əvvəldən müştəriniz olub?

- Bəli. 2016-cı ilin 16 avqustundan bu yana müştərimdir.

- Bəs, Rövşənin özü nə vaxtdan müştəriniz olub?

- Lənkəranski qətlə yetiriləndə də mənim müştərim idi. Şəxsən özünü tanımırdım. Mənim məlumatım xaricində ya adamları, ya da yaxınları tərəfindən 3 il məndən avtomobil icarəyə götürüblər. Şəxsən Rövşən Canıyevin özü ilə görüşməsəm də, mənim kim olduğumu bilirlər. Məni Azərbaycanda da tanıyırlar. Bu səbəbdən hər zaman məndən uzaq durmağa çalışıblar.

- Bəs, "Şirinlər" qruplaşmasının ticarət mərkəzindəki məlum hadisəsində niyə adınız hallandı?

- Biz, sadəcə, ora axşam yeməyi üçün getmişdik. Zəng gəldi ki, sizi yeməyə dəvət edirik. Oraya gedəndə bizi qarşıladılar və 4 masa arxada oturduq. Çünki ora sürücü kimi getmişdim. Yeməkdən sonra aşağı düşəndə bizi polis saxladı.

- Sizi yeməyə kim dəvət etmişdi? Lənkəranskinin qardaşı, yoxsa...

- Biz Lənkəranskinin qardaşı ilə hotelin lobbisində dayanmışdıq. Sonra zəng gəldi, getdik. Yeməkdən sonra da ayaqyoluna getdim. Birdən tualetin qapısı döyüldü ki, biz gedirik, avtomobili hazırla. Dərhal aşağı düşəndə məni polis gördü. Elə həmin vaxt hamımızı tutdular.

- Polisə ifadənizdə nə dediniz?

- Əvvəlcə 10 saat polis bölməsində qaldıq. Daha sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinə aparıldıq. Hamımızın ayrı-ayrı ifadəsi alındı. Həmin vaxt da səhhətimdə problem yarandı. Xəstəxanaya çatdırıldım, sən demə, infarkt keçirmək üzrə idim. Həyəcandan, hadisənin atmosferindən stressə düşmüşdüm. Ürəyimdə də problem var. Buna görə də həkim yenidən "içəri" girməyimə icazə vermədi. Bundan sonra ifadəmi aldılar. Keçmişimə nəzər yetirdilər, nələr etmişəm, hansı işləri görmüşəm deyə, araşdırdılar. Ardınca prokuror qarşısına çıxdım. O da "bunlarla nə işin var?" deyə, sorğu-sual etdi. Gördülər ki, heç bir günahım yoxdur, təmizəm. Nəticədə sərbəst buraxıldım. Sizdə "Yanlış anlama" adlı film çəkildi. Onun qala gecəsində gələn sənətçilərə də mənim avtomobillərim xidmət göstərib. Mənim işim, sadəcə, bundan ibarətdir. Azərbaycan mətbuatında yazılanların heç biri həqiqətə uyğun deyil. Mən heç kimin adamı deyiləm. "Lotu Quli"ni də tanımıram. Nə yaxşılığını görmüşəm, nə də pisliyini. Tanımadığım adam haqqında da düşmən kimi danışmaq iş adamı olaraq mənə yaraşmaz.

- Açıqlamalarınızdan belə başa düşülür ki, kriminal aləmdən uzaqsınız...

- Bəli. Onsuz da, mən dövlətlə çalışan biriyəm. Nazirlərə, dövlət məmurlarına, şirkət rəhbərlərinə xidmət edirik. Türkiyədə bu işi görən tək şirkət sahibiyəm.

- Lənkəranskinin qardaşı İstanbula nə üçün gəldiyini sizə dedimi?

- Xeyr. Əvvəlcə səhhətində problem olduğunu, birinci gün, yəni sabah isə həkim müayinəsinə gedəcəyini demişdi. Amma heç bir söhbətlərinə mən dəvət olunmamışam. Yemək zamanı da ayrı oturmuşam. Şirkət rəhbəri olsam da, sürücülük də etmişəm. Kiminsə saatı xarab olubsa, balıq yemək üçün yaxşı yer axtarırsa, o işlərə baxıram. Çünki bu, mənim işimdir. Yoxsa məndən nə silah istəyən olub, nə də burada mafiyanın olub-olmadığını soruşan. Çünki bu tip işlər bizlik deyil. Bura o niyyətlə gələn insanlar olsa belə, bu işləri bizdən soruşmazlar.

- Niyə?

- Mən böyük, siyasi şəxsləri, hətta Angel Merkelə belə avtomobilimlə xidmət göstərdiyimə görə, telefonlarım dinlənilir. Çünki zirehli avtomobillə xidmət göstərmək dünyada ən çətin işlərdəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam