Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Xalq yazıçısı Elçin:“Müsahibədə sənət qalır bir tərəfdə, arağı nə qədər içmək söhbəti başlayır..."

Xalq yazıçısı Elçin:

 

“Mətbuatımızı, saytları izlədikdə, aşkar görünür ki, «qruppa» mənafeyini güdmək, nəzəri-estetik təhlil əvəzinə bəsit və məhdud təbliğatçılıqla məşğul olmaq, hətta bəzən «Söz azadlığı»nı söz terrorizminə çevirmək cəhdi “səlahiyyəti” qazanmaqdadır”

 

Yenixeber.org: Bu sözləri baş nazirin müavini, xalq yazıçısı Elçin “525-ci qəzet”də yazdığı “Söz azadlığı tənqidimizə nə verib?” məqaləsində deyib.

Yazıçı qeyd edib ki, bu xəstəlik bizdə təzə bir şey deyil, hələ keçən əsrin 20-ci illərində də (sinifi mübarizə demaqogiyası, yeni dünya qurmaq fanatizmi), 30-cu illərdə də (sonu güllələnmə və Sibirlə qurtaran ifşaçılıq), müharibədən sonra, xüsusən 19-cu partiya qurultayında Malenkovun məruzəsindən sonra 40-50-ci illərdə də (konfliktsizlik «nəzəriyyəsi», kosmopolitizmə qarşı mübarizə), nisbətən sakit 60-70-ci illərdə də siyasi konyukturadan istifadə olunmaqla müxtəlif formalarda mövcud idi. Bu xəstəlik 80-ci ilin ikinci yarısı, 90-nın əvvəllərində siyasi-ictimai kataklizmin problemləri içində göründü, yəni mənfi əhəmiyyətini itirmədi, sonrakı illərdə isə nisbi (qısa müddətli!) sakitlik yaransa da, yenidən yavaş-yavaş baş qaldırmağa, bu dəfə də «Söz azadlığı»ndan bəhrələnməyə başladı.

“Tənqidimizdə qəribə bir proses baş qaldırıb – janr öz simasını itirir. Dörd-beş çap vərəqi həcmində bir əsər roman adı ilə çap olunur və tənqidimizin də bu əsərə münasibəti romana münasibəti ifadə edir, buna görə də çox zaman uğursuzluğa düçar olur. Bəzən də müəllif yox, elə tənqidin özü nəyə görəsə (?!) belə əsərin roman olduğunu ədəbi prosesin boynuna qoymaq istəyir, ancaq buna nail ola bilmir, çünki müddəalarının bünövrəsi yanlışdır və həmin müddəalar özünü doğrultmur.

Elçin vurğulayıb ki, “Söz azadlığı” dövründə  müsahibələrin ədəbi prosesdə aktiv iştirakında təəccüblü bir şey yoxdur – müsahibəni aparan da istədiyi sualı verə bilir (və verir), müsahibə verən də heç nəyi gizlətmədən və heç nədən çəkinmədən bu sualları cavablandıra bilər: “Ancaq müsahibələr, çox zaman da səviyyəsiz müsahibələr ədəbi prosesin simasını müəyyənləşdirməyə başlayanda – bu, pis, hətta çox pisdir. Müsahibəni nəzərdən keçirirsən və dərhal hiss edirsən ki, müsahibə aparanın müraciət etdiyi yazıçının əsərlərindən xəbəri yoxdur – bəzən müsahibə götürən bunu heç gizlətmir də”.

Yazçıçı bildirib ki, müsahibə verənin primitiv fikirləri, ədəbiyyat haqqında bəsit düşüncələri, sənətə ibtidai münasibəti, özünü heç vəchlə doğrultmayan iddiaları və s. ilə rastlaşırıq: “Yaradıcılıq, ədəbiyyat, ümumiyyətlə, sənət haqqında söhbət, həyata münasibət haqqında düşüncələr qalır bir tərəfdə, um-küs, arağı nə qədr içmək, bayağı «ilk məhəbbət», gizli, ya da tamam aşkar obıvatel intiriqası söhbətləri başlayır, yəni müsahibə – öz-özlüyündə maraqlı və lazımlı bir janr – ədəbi prosesə obıvatel əhval-ruhiyyəsi aşılayır. Araq içməyi ictimailəşdirmək obıvatel reytinqini yəqin ki, çoxaldır, ancaq ədəbiyyatın təxirəsalınmaz problemləri, fərdi yaradıcılıq psixologiyası, eləcə də, dediyim kimi, həyata, varlığa münasibət bu operativ janrdan kənarda qalır. Sonra da kütlə ədəbi zövqünün kütləşməsindən danışırıq. Əlli ildən sonra kiminsə həvəsi olsa və bu tipli müsahibələri oxusa, yəqin fikirləşəcək ki, deyəsən, cəmiyyət bir az xəstəhal olub.

Onun sözlərinə görə, sovet dövrü ədəbi-elmi cameədə böyük nüfuza malik olan «Voprosı literaturı» jurnalı nəşr olunurdu. Jurnalın redaksiya işçilərinin də, fəxri yox, işgüzar redaksiya üzvlərinin də çoxu Rusiyanın tanınmış tənqidçi-ədəbiyyatşünasları idi və «Voprosı literaturı» onların müştərək gərgin əməklərinin bəhrəsi idi. Yazçının fikrincə, “Söz azadlığı” dövrünün başqa nümunəvi uğurları barədə də danışmaq olardı. Elçin tənqidçi kimi hələ sovet dönəmində formalaşmış Vilayət Quliyev, yaxud İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, yaxud Şirindil Alışanov, o zaman lap cavan olan Nizami Cəfərov kimi qələm sahiblərinin yazdıqlarını 25-30 il bundan əvvəl yazdıqları ilə müqayisə etməyə çağırıb: “Əsaslı bir fərqi görəcəksiz və bu fərq yalnız təcrübənin gətirdiyi inkişafın göstəricisi deyil, eyni zamanda, “Söz azadlığı”nın gətirdiyi nəzəri-estetik çərçivəsizliyin, sərbəstliyin ifadəsidir”.

Xalq yazçısı məqalədə ədəbi tənqdilə bağlı suallar qoyub: “Ancaq ümumilikdə, bu azadlıq tənqidimizə nə verib? Çağdaş ədəbi prosesimiz «Söz azadlığı» sınağından çıxa bilibmi? Bu sualların cavabı, artıq deyəsən, özümü təkrar edirəm, təəssüf ki, tənqidimizin xeyrinə deyil. «Söz azadlığı» tənqidimizə hələ ki, bu azadlığa layiq bir bədii-fəlsəfi dərinlik və nəzəri-estetik miqyas gətirməyib. Ancaq biz deyə bilərikmi ideoloji çərçivələrdən azad olmuş tənqidimizin həmin ənənəsi bu gün qol-budaq atıb? Yox, nəinki qol-budaq atıb, ilin sonundakı bəzi icmal məqalələri (məruzələri) nəzərə almasaq, o ənənələr unudulmaq üzrədir”.

Elçinin fikrincə, “Söz azadlığı” olmadan böyük ədəbiyyat yaratmaq çətin işdir, ancaq eyni zamanda, «Söz azadlığı» antiədəbiyyat üçün də münbit zəmin yaradır: “Bu baxımdan bizim tənqidimiz həm «Söz azadlığı» şəraitində böyük ədəbiyyatın (yəni istedadın, professional, geniş bədii-estetik mündəricata malik ədəbiyyatın!) təəssübünü yaranmış əlverişli şəraitə layiq şəkildə çəkə bilmir, həm də ədəbi prosesdə özünütənqidə adda-budda rast gəlirik..”

Yazçını qənaətincə ötən 25 ildə tənqidimizdə «Söz azadlığı»nın yaratdığı imkanlardan tam istifadə olunmayıb: “Ədəbi prosesimiz bunu aydın şəkildə göstərməkdədir. Orasını da nəzərə alsaq ki, bu müddət təməlqoyma dövrüdür, deməli, itkilərimiz daha artıq əhəmiyyət daşıyır və bu itkilər növbəti 25 ildə daha qlobal itkilərə aparıb çıxara bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam