Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İlham Əliyev Fransa nümayəndə heyəti ilə görüşdü

İlham Əliyev Fransa nümayəndə heyəti ilə görüşdü

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib

 

Yenixeber.org:  Dövlət başçısı Pyer Alen Rafanı Fransa parlamentinə seçilməsi münasibətilə təbrik etdi və onun Fransa-Azərbaycan dostluq qrupunun rəhbərlik etməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Pyer Alen Rafanın Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlığımız yaxşı nəticələr verir. Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır. Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır.

İkitərəfli əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə daha da güclənəcəyini əminliklə qeyd edib.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Bakıda Prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu və Fransa-Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən fərəh hissi keçirdiyini bildirib:

“Bizim hamımızın, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın”.

O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmağın zəruriliyini qeyd etdi. Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Pyer Alen Rafan bildirdi ki, Fransa münaqişənin həlli ilə bağlı mövcud olan qətnamələrə sadiqdir.

 

Görüşdə ölkələrimiz arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam