Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Salyanda kabel oğruları həbs olundu

Salyanda kabel oğruları həbs olundu

 

 

 

 

 

Salyan rayonunda kabel oğurlayan şəxslər tutulub.

Yenixeber.org: bu il sentyabrın 12-nə keçən gecə Salyan rayonunun Qardılı kəndi ərazisində “Azərenerji” ASC-yə məxsus 500 metr mis naqilin kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Oktyabrın 31-nə keçən gecə isə rayonun Şəkərli kəndinin ərazisindən keçən, Salyan və Ələt yarımstansiyalarını qidalandıran sistemin işlək vəziyyətdə olan elektrik xəttinin 250 metrlik hissəsinin kəsilərək oğurlanması barədə daha bir fakt aşkarlanıb.

Hər iki cinayətin açılması istiqamətində DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları birgə tədbirlər keçiriblər. Əldə olunmuş əməliyyat məlumatı əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Yenikənd kənd sakinləri Vahid Ataşov və Eldar Babayev olduqları məlum olub.

Ətraflarında aparılan tədbirlərlə onların hər iki oğurluğu digər 2 nəfərlə birgə qrup halında törətdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə rayon sakinləri olan Elşad Babayev və Tahir Quliyevdə saxlanılıblar.

Oğurlanmış kabelin bir hissəsi polis əməkdaşları tərəfindən Elşad Babayevin həyətindən aşkar olunaraq maddi sübut kimi götürülüb

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam