Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə buraxmadılar

Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə buraxmadılar

 

 İdmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi

 

Yenixeber.org: K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.

K.Zeynallı təyyarədə olarkən "Instagram" vasitəsilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüş söymüşdü.

Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verməsə də, bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin gəlməsinə icazə verilməyib.

Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyini, Bakıya özünün qayıtmasını bildiriblər.

K.Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də, nəticə dəyişməyib.

Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 - heç-heçə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam