Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

 Qatıq TV

 

image here

Yenixeber.org: Aparıcı: Əziz və möhtərəm tamaşaçılar! Biz bilirik ki, bizə də olmasa, Azərbaycana düzgün baxırsınız, hər şeyi görürsünüz. Odur ki, sizə bəzi aktual mövzularda sujetlər təqdim ediləcək. Əməkdaşımız Milli Məclisin sosial siyasət Komitəsinin sədri, çox hörmətli millət vəkilimiz Hadı Rəcəblidən müsahibə almışdır. Gəlin həmin sujeti izləyək:
Müxbir: -Hadı müəllim, dünən bir tədbirdə SOKAR prezidenti Rövnəq Abdullayev neftdən danışarkən dedi ki, yerin altı da, üstü də bizə məxsusdur. Hörmətli şeyximiz bu sözə etiraz etdi, bildirdi ki, bu ifadəni efirə vermək olmaz... Amma səbəbini deməkdən imtina etdi. Bəlkə siz aydınlıq gətirəsiniz.
Hadı Rəcəbli: -Bilirsiniz, Rövnəq müəllim “Yerin altı da, üstü də bizə məxsusdur” deyəndə sərvətlərimizin Azərbaycana məxsus olduğunu nəzərdə tutub... Amma Şeyximiz də doğru qənaətdədir. Çünki torpağın altı axundlarımıza, yəni Şeyximizin çevrəsinə aiddir, bu sahəyə sərəncamı onlar verir. Yəqin hörmətli şeyximiz də bunu nəzərə alıb deyib... 


Rövnəq Abdullayevdən müxbirə sərt etiraz

TV jurnalist Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi Xalq şairi Səməd Vurğunun yubiley tədbirində görür və ona belə bir sualla müraciət edir:
-Rövnəq müəllim, eksklüziv sualımız var: “Bir yandan boşalır, bir yandan dolur... Sirrini verməyir sirdaşa dünya” şeirini yazarkən dahi Səməd Vurğun Sovetlər dönəmində nəyi nəzərdə tutmuşdu?
-Bunu bilməyə nə var ki! O vaxt Sovet dövrü idi və Azərbaycanın Xəzər dənizindən, qurudan çıxarılan nefti Moskvaya axıb gedirdi. Səməd Vurğun da buna işarə vururdu ki, neft quyularımız bir yandan boşalır, o biri yandan svaylara suyu vurmaqla doldurulur, Xəzər də hələki neft məsələsində SOKAR-dan başqa sirrini heç kimə vermir... “Vaapşe”, sizə sirr lazımdır? Başınızı ağrıtmaq nəyə lazımdır ki, neft quyularımızın hesabına rezervuarlarımız bir yandan dolur, o biri yandan da boşalır, sirrini heç “zapravkalar”a da verir, ya vermir?! Öz işinizlə məşğul olun...

Hacıbala Abutalıbov müxbirə buna görə etiraz etdi...


“Qatıq-TV” əməkdaşları Bakının tikinti mədəniyyəti ilə bağlı şəhərimizin İH başçısı çox hörmətli Hacıbala Abutalıbovdan eksklüziv müsahibə almışdır:
Müxbir: -Hacıbala müəllim, Bakıda 20-30 mərtəbəli göydələnlərin yanında 1-2, yaxud 5, 9 mərtəbəsi olan binalara münasibətiniz necədir? Yəni, hündür boylu binanın yanında balacaboy binalar əcaib görünmürmü?
-Sizin boyunuz neçə metrdir?
1 metr 40 santimetr...
-Mən də sizə sual verirəm: siz mənim yanımda əcaib görünürsünüzsə, onda gedin bura mən boyda olan müxbir göndərin... Amma mən sizin qərəzli sualınıza mütləq cavab verəcəyəm. Çünki mənim jurnalistlərə böyük hörmətim var, indi də hörmət edirəm, hörmətimi həmişə çatdırıram... Bilirsiniz, Bakı küləkli şəhərdir. Biz qərara aldıq ki, külək hər dəfə alçaqboylu, çardaqlı binaların üstünü dağıdır, onların üzərindəki kondisionerləri, “tarelka”ları, balkonlardan asılan paltarları qoparıb aparır. Bunun qarşısını almaq üçün Bakının Baş Planı hazırlanarkən qərara aldıq ki, həmin alçaq binaların ətrafında 20-30 mərtəbəli binalar tikilsin ki, küləyin də qarşısı alınsın. Bunun nəyi pisdir?

Sabiq nazir Fərhad Əliyev vəkil Adəm Məmmədova niyə etiraz verib?

Sabiq nazir Fərhad Əliyevin məhkəmə prosesində onun müdafiəsinə tanınmış vəkil Adəm Məmmədov da qoşulur. Müdafiə nitqi zamanı vəkil üzünü hakimə tutub deyir:
-Möhtərəm hakim! Dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyim şəxsi dövlət malını talamaqda, korrupsiyaya yol verməkdə, çoxsaylı mülklərə, sərvətə malik olmaqda ittiham edir. Bunların hamısı absurd ittihamlardır. Hesab edirəm ki, dövlət ittihamçısı onu yaxşı tanımır, onun barəsində qərəzli mövqeyə malikdir. Müvəkkilim heç bir vaxt dövlətin və xalqın malına xor baxmayıb, əli bir manat da olsun çirkli pula dəyməyib, sadə həyat tərzi keçirib. Onun adına şəhərin kənar qəsəbələrinin birindəki beton evdə cəmi üçotaqlı bir mənzil var...
Bu zaman hövsələsi daralan Fərhad Əliyev əsəbləşir:
-Möhtərəm hakim, bu vəkillə bağladığım müqaviləyə mən xitam verirəm... O, mənim əvəzimə kiminsə müdafiə çıxışını əlinə götürüb səhv salıb, başqa adamdan danışır... Mən belə qeyri-səmimi sözlərə dözə bilmərəm...

Parkomat və tıxac

Hacıbala Abutalıbov parkomatların sayının artırılması ilə əlaqədar fövqəladə müşavirə keçirir:
-Yoldaşlar, dünən Artur müəllimin yanında idim, paytaxtımızın, gündən-günə çiçəklənən Bakımızın küçələrində göz oxşayan, yaraşıq verən parkomatların sayını artırmalıyıq. Bu şəhərin küçələrindəki tıxaclara son qoymağın yeganə yoludur. Mən özüm canlı şahidəm ki, son vaxtlar parkomatların sayının ikiqat artırılması sayəsində Bakımızın küçələrində tıxaclara son qoyulub. 
Bu zaman Hacıbala müəllimin katibəsi içəri girir:
-Hacıbala müəllim, Prezident Aparatından zəng vurdular, təcili olaraq Ramiz müəllimin yanında olmasınız...
-Bəlkə zəng edim...
-Yox, dedilər ki, telefon söhbəti deyil...
-Sürücüyə de, təcili gəlsin, çıxıram...
-Hacıbala müəllim, sürücü 1 saatdır “probka”dadır, alternativ yol tapa bilmir...
-Mən idmanı xoşlayıram, onda piyada gedərəm...

“Onlar axtarılır...”

Bakıda təmizlik aylığı keçirilir... Mer süpürgəçiləri sıraya düzüb şəhərə çıxır, harda zir-zibil görür, süpürtdürür... Günortaya yaxın Xətai rayonundakı Mərmər zavodunun yanından keçəndə dönür Bakı şəhər Baş Polis İdarəsinin qarşısına. İdarənin qapısında kağız qırıntılarını görür, təmizlətdirir. Qəflətən gözü idarənin girişindəki şüşəli lövhəyə sataşır. Mühafizəçi polis nəfəri merə “çest” verərək ona yaxınlaşır. Hacıbala müəllim soruşur:
-Oğlum, bu nə lövhədir, rəngi solub, onu rənglətmək olmazmı? Bu boyda binanızın gözəlliyinə xələl gətirir... Onu çıxarıb tullayın...
-Hacıbala müəllim, olmaz. O lövhə...
-Nədən ötrüdür ki?
-Bilirsiniz, buradakı o 30-40 fotoşəkillər yapışdırılıbdir ha, onlar cinayətkarlardır, axtarılır...
-Bəs bura niyə asmısınız?
-Lövhənin yuxarısında yazılıb ki, “Onlar axtarılır!”. Yəni, onlar qatı cinayətkarlardır, onları görən kimi tutmaq lazımdır...
-Mən başa düşmürəm, onların şəklini çəkəndə bəs niyə tutmayıblar? Deməli, kimsə pul alıb buraxıb... 

Baş Nazir Misir Mərdanova niyə irad tutub?

Baş nazir Artur Rasizadənin yanında təhsillə bağlı müşavirə keçirilir. Baş nazir deyir:
-Təhsil naziri buradadırmı? Buradadır... Misir müəllim, mənim qulaqlarıma çatmışdır ki, “şkola”larda fond pulu yığılır... bu nə məqsədə yığılır? Mən yaxşı bilirəm ki...
Misir Mərdanov yerindən qımıldanır:
-Artur müəllim, həmin pulları yığıb...
-Sən yaxşı olar hələ susasan, mən “razqavarivayu”, sonra danışarsan...
-Artur müəllim, bu düz iş deyil axı... Anadan olanda valideynlərimiz əvvəlcə bizə yeriməyi, sonra danışmağı, məktəbdə isə müəllimlərimiz biliklənməyi öyrədirlər... İndi də siz deyirsiniz ki, “Sus, danışma, otur yerində”. Bu şagirdlərimizin, üzr istəyirəm, direktorlarımızın təlim-tərbiyəsinə pis təsir edə biləcək bir məsələdir...

Nazir Ziya Məmmədov maliyyə nazirindən Prezidentə niyə şikayət edibmiş?

Sabiq nəqliyyat naziri Ziya Məmmədov maliyyə naziri Samir Şərifovdan prezidentə şikayət yazır. Məktubdan sətirlər: “Cənab Prezident! Maliyyə naziri neçə dəfədir bizə qarşı qərəzli münasibət bəsləyir. Mən sonuncu dəfə müraciət etmişəm ki, bizə nazirliyin Tibilisi prospektindəki binasının əsaslı təmiri üçün parket, sement və kraska almaqdan ötrü 400 milyon manat pul lazımdır. Maliyyə naziri isə məktubu alandan 3 gün sonra bizə parket, sement və kraska alıb göndəribdir. Təmir başa çatmaq üzrədir, amma bu materiallar bəs eləmədi, iş yarımçıq qalıb. Xahiş edirəm, tədbir görəsiniz. Bu maliyyə nazirinin özbaşınalığıdır!”.
Məktub Prezidentə göndəriləndən iki gün sonra Ziya Məmmədovun adına belə bir cavab faksı daxil olur: “Xahiş olunur, nazirliyin binasının əsaslı təmirinin başa çatdırılması üçün tələb olunan materialın miqdarı barədə məlumat verəsiniz”.

Beynəlxalq sərgidə qalmaqal

Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi başa çatır və sərgiyə Yaponiyadan gətirilmiş çoxsaylı texnikaların təmənnasız olaraq paylanmasına başlanılır. Baş Nazir Artur Rasizadə bu texnikaları aidiyyəti nazirlik və komitə rəhbərləri arasında bölüşdürməyə başlayır. Əhməd Əhmədzadəyə 10 kombayn verilir... Bu zaman nazir Heydər Əsədov əlini kombaynlara tərəf uzadaraq deyir:
- Artur müəllim, bizə də texnikadan 50 dənə veriniz...
Artur Rasizadə:
- “Sluş... Ə ya tebe skazal”, o texnika deyil, aqreqatdır...
- Mən nə deyirəm ki, Artur müəllim, bizə də həmin o aqreqatdan verin...
Artur müəllim əsəbi halda ətrafındakıların üzünə baxır:
- “Vı vidite, on çto xoçit, do six por neznaet...”. Eşitdin, Heydər Əsədov... Sən hələ də nə istədiyini bilmirsən, dəqiqləşdirəndə gələrsən...

(Verlişin ardı var)

Proqramın rejissoru: Abdal Qasım
Baş operator: Hacı Dayı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam