Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident Administrasiyası:“Azərbaycanın maraqları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”

Prezident Administrasiyası:

 

Azərbaycan Türkiyənin mühüm strateji tərəfdaşlarından biridir

 

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Administrasiyadan qeyd ediblər ki, Türkiyə və Azərbaycanı təkcə tarixi və mədəni əlaqələr deyil, iqtisadi və siyasi əlaqələr də birləşdirir və bu əlaqələr gündən-günə daha da möhkəmlənir. PA-dan vurğulayıblar ki, bu gün Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ), Trans-Anadolu qaz kəməri (TANAP) kimi mühüm layihələr həyata keçirirlər.

Bildirilib ki, Bakı və Ankara hərbi və müdafiə sahəsində də münasibətləri möhkəmləndirir: “Azərbaycanın maraqları həmişə Türkiyə üçün böyük əhəmiyyət kəsb edib və Azərbaycan hakimiyyəti və xalqı Türkiyəyə qardaşlıq münasibətini dəfələrlə nümayiş etdirib. Bundan əvvəl olduğu kimi, Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləməkdə davam edəcək”.

Qeyd edək ki, oktyabrın 30-də Bakıda BTQ dəmir yolunun rəsmi açılışı keçiriləcək. (Trend)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam