Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Goranboyda qəzaya düşən pambıqçılar evə buraxılıb- Baş həkimdən açıqlama

Goranboyda qəzaya düşən pambıqçılar evə buraxılıb

 

Goranboyda çaya düşən avtobusda xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralıların hamısı evə buraxılıb

 

Yenixeber.org: Bu barədə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib.

Baş həkim bildirib ki, müayinə zamanı yaralılarda həyatı təhlükəli xəsarətlər aşkar edilməyib: "Axşam hamısını müayinə etdik, vəziyyəti ağır olan olmadığı üçün hamısını ambulator müayinəyə yazdıq. Hazırda həmin şəxslərin hamısı ev şəraitində müalicə olunur".

R.Budaqov bildirib ki, hadisə nəticəsində Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 2 nəfərdən birinin vəziyyəti normal olduğundan evə buraxılıb.

Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Goranboy rayonunda fəhlələri pambıq sahəsindən gətirən avtobus rayonun Dəliməmmədli kəndində körpüdən çaya aşıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hadisə zamanı 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına, 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam