Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bərzaninin müstəqillik arzusu gözündə qaldı

 

İraq ordusu Suriya ilə sərhəd-keçid məntəqəsini nəzarətə götürdü

 

Yenixeber.org: Xəbər verdiyimiz kimi, İraq Kürd Regional Administrasiyası Bağdada müraciət edərək 25 sentyabr referendumunun nəticələrini dondurmağa hazır olduğunu bildirib. Kürd administrasiyası bunun qarşılığında atəşkəs və dialoq təklif edib. Ancaq İraq baş naziri Heydər İbadi bəyan edib ki, kürdlər qarşısında Bağdadın yeganə şərti referendumun ləğv olunmasıdır. Sitat: “Referendum nəticələrinin ləğv olunması və konstitusiyaya hörmət edilməsindən başqa bir şeyi qəbul edə bilmərik”.

İraq parlamentindən isə bildiriblər ki, kürd administrasiyasından hər hansı rəsmi təklif almayıblar. Eyni zamanda bildirilib ki, referendumun nəticələrinin dondurulması fikri də aldadıcıdır, ciddi qəbul oluna bilməz. Çünki bu halda istənilən vaxt Ərbilin referendumun nəticələrini tanıması və hüquqi prosesə çevirməsi mümkündür. İraq rəsmiləri artıq referendum prosesinin geridə qaldığını, istənilən halda nəticələrin tamamilə ləğv olunmasını tələb etdiklərini bildiriblər. Atəşkəslə bağlı tələbə cavab olaraq Bağdadi bəyan edib ki, hazırda kürdlərə qarşı hərbi əməliyyatlar aparılmır. Hazırda İraq ordusu mövqelərinə yerləşdirilir. Bu isə o deməkdir ki, İraq ordusu 2003-cü ilə qədərki federal hökumət sərhədlərini tamamən nəzarətə götürməlidir.

Çərşənbə günü Ankaraya səfər edən baş nazir İbadi Türkiyə prezidenti ilə görüşdə PKK terroruna qarşı mübarizədən danışıb. Ərdoğan bildirib ki, iki ölkə terrora qarşı birgə mübarizə apara bilər. Maraqlıdır ki, Ankaradan sonra İbadi Tehrana gedib və İran ali dini lideri başda olmaqla, dövlət rəsmiləri ilə görüşüb. Ötən həftə sonu və bu həftənin əvvəlində isə İbadi Səudiyyə Ərəbistanı və İordaniyada səfərdə olub. İraq xarici işlər naziri İbrahim Cəfəri isə Moskvaya səfər edib.

Tehranda İran ali dini lideri ilə görüşdə Heydər İbadi Amerikanın İraqa zərbə vuracağını bildirib. Sitat: “Amerikalılar fürsət tapan kimi İraqa zərbə vuracaqlar. Onların hiyləsindən ehtiyat etmək lazımdır. İraqda xalqın vəhdəti və birliyi son zamanlar qələbə və nailiyyətlərin əldə olunmasına səbəb oldu. İraq dövləti xalq qüvvələrinə,  mücahid və mömin gənclərə dəstək verməklə terrorizm üzərində qələbə qazana bildi”.

Ayətullah Xameneyi İraq dövlətinin qonşu ölkələrlə münasibətinin yaxşılaşması üçün səylərini müsbət qiymətləndirib. Ancaq eyni zamanda Amerikanın “çirkin planlarından” ehtiyatlı olmağı məsləhət görüb: “Onlara etibar etmək olmaz” - deyə Ayətullah Xameneyi bildirib.

İraq rəsmilərinin regionda çoxsaylı təmaslarının davam etdiyi bir vaxtda İraq silahlı qüvvələri ölkənin şimalında əməliyyatları davam etdirir. Kürd peşmərgələrini sıxışdıraraq 2003-cü ilə qədərki sərhədlərə geri oturdan İraq ordusu ilə ara-sıra kürdlər arasında toqquşmalar olsa da, böyük müharibə baş verməyib. Kürdlər İraq ordusu ilə genişmiqyaslı toqquşmalara girməkdən ehtiyat edirlər. Son məlumatlara görə, İraq ordusu Mosulun şimal-qərbində Zumar cəbhəsi boyunca peşmərgə mövqelərini artilleriya atəşinə tutub. Bu məlumatı Ərbil yayıb. Hazırda İraq ordusunun Mosul əyalətində kürd qüvvələrinin yerləşdiyi mövqelərə doğru irəlilədiyi qeyd olunur.

Image result for Bərzani

Bundan başqa, baş nazir İbadinin əmri ilə İraq silahlı qüvvələri Suriya sərhədlərində əl-Qaim və Rava bölgələrini İŞİD-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb. İraq baş naziri bəyan edib ki, İŞİD silahlılarının təslim olmaqdan və ya ölməkdən başqa çarələri yoxdur. Əməliyyatlar Suriya sərhədinə 10-12 km məsafədə yerləşən əl-Qaim və Rava şəhərlərinin azad edilməsi istiqamətində davam edir.

İraq ordusu hazırda 2014-cü ildə İŞİD-in ələ keçidiyi ərazilərin 90 faizini təmizləyib. Hazırda əl-Qaim istiqamətində əməliyyatların sürətlə davam etdiyi, Suriya-İraq arasında əsas magistrallardan birinin azad edildiyi bildirilir. Kürdlər isə şimalda irəliləyən İraq ordusuna mane olmağa çalışır. Ancaq buna baxmayaraq, hazırda kürd peşmərgələrinin zəbt etdiyi İraq federal hökuməti ərazilərinin böyük hissəsi mərkəzi hökumətin nəzarətinə verilib.

Qeyd edək ki, son məlumatlara görə, İraq ordusu Suriya-İraq sərhədində yerləşən Rabiə qəsəbəsini peşmərgələrdən geri alıb. Bundan başqa, Suriya kürdlərinin nəzarətində olan Yarubiyə sərhəd-keçid məntəqəsini nəzarətə alıb.

Qeyd edək ki, Bərzaninin ciddi bir addım olaraq atdığı referendum yalnız özünün deyil, bütövlükdə İraq kürdlərinin əleyhinə çevrildi. Hazırda İraq mərkəzi hökumətinin başının İŞİD-lə mübarizəyə qarışdığını və ABŞ-la İran arasında gərginliyin artdığı bir vaxtda müstəqillik iddiasını ortaya atan Bərzani nəinki uğur qazana bilmədi, əksinə, daha əvvəl ələ keçirdiyi İraq ərazilərini və ən əsası böyük gəlir qaynaqlarını itirdi. Oktyabrın 16-dan başlayan əməliyyatlar nəticəsində Kərkük vilayəti və Mosulda kürdlərin nəzarət etdiyi neft yataqları artıq İraq hökumətinin kontrolundadır. Üstəlik, Türkiyə də enerji və sərhəd əməliyyatlarında artıq Bağdadla əməkdaşlıq edəcəyini bəyan edib. Bərzaninin əsas gəlir qaynaqlarından biri olan İraq-Türkiyə sərhəd-keçid məntəqələrinin tezliklə İraqın nəzarətinə keçməsi ona ağır maliyyə zərbəsi olacaq. Üstəlik, faktiki olaraq İran və Türkiyənin xarici təzyiqi qarşısında qalan Bərzani İraq ordusu və könüllü birləşmələri qarşısında dayana bilmədi. Hətta bu gündən sonra hər hansı savaş başlatsa belə, bu, onun və administrasiyanın aqibətini daha da pisləşdirə bilər.

Image result for Bərzani

Bağdad isə danışıqlar üçün əsas tələb olaraq referendumun nəticələrinin ləğv olunmasını tələb edir. Faktiki olaraq əvvəlki sərhədlərə qayıtmağa məcbur olan Bərzaninin referendumu ləğv eləməsi onun biabırçı məğlubiyyəti deməkdir. Üstəlik, məlum oldu ki, faktiki olaraq Bərzanini İsraildən başqa heç bir dövlət açıq dəstəkləmədi. İsrail isə yalnız Fransa, ABŞ, Rusiya kimi ölkələrdə gizli diplomatiya aparmağa çalışıb. Ancaq bu cəhd nəticəsiz başa çatıb.

Hətta ABŞ kimi kürd himayəçisi olan dövlət belə Bərzanini qoruya bilmədi. Bağdadın təzyiqi bir az da artırması nəticəsində Bərzani ya hakimiyyəti qoyub getməli olacaq, ya da savaşa girib ağır məğlubiyyət riskini göz önünə almalıdır. Bu səbəbdən də Bərzani Bağdadla ən minimal şərtlərlə də olsa danışıqlar tələb edir. Bu məsələdə bu həftənin əvvəli Ərbildə olan ABŞ dövlət katibinin də rolu olmamış deyil. Ehtimal ki, Tillerson Bərzaniyə Bağdadın artan təzyiqi qarşısında onu və tayfasını gözləyən aqibətdən xəbərdar edib.

Bağdad isə hələlik Bərzaniyə bərabərhüquqlu danışıq şansı tanımır. Referendumun nəticələrinin ləğv olunması isə kürd dövləti arzusunu ən azı bir neçə on illiyə arxivə atılması deməkdir. Bu mənada indi Bərzani riskli oyun içərisindədir, bir anda hər şey dəyişə bilər, nisbətən yaxşıya və ya daha pisə.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam