Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNİN REKTOTUNA QORXULUQGÖTÜRMƏ DUASI

       

 

 

 

  

Yenixeber.org:Geniş ictimaiyyətə yaxşı məlumdur ki, 13 mart 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinə (ATU) dosent, t.e.d. Akif Süleymanov rektor təyin olundu. İlk gündən özünü kollektivə haqq-ədalət, elm-təhsil adamı olduğunu inandırmağa çalışdı. Lakin 2015-ci ilin fevralında Maliyyə Nazirliyinin universiteti yoxlaması nəticəsində  milyonlarla manat, analoqu olmayan maliyyə fırıldaqları üzə çıxanda hamı əsl həqiqəti bildi. Akif müəllim (dərs deyə bilməsə də) qorxusundan (xəcalətindən yox, onda bu kimi hisslər yoxdur) əyiş-üyüş oldu və çarəni himayəçilərinin məsləhəti ilə “müalicəyə” getməkdə gördü. Amma bu “xəstə” getməmişdən əvvəl  4 dekandan, mühüm şöbə müdirlərindən işdən çıxmaq barədə ərizə almağı da unutmadı (bu məqamda çox şey gizlənirdi). 3 ayın tamamında,   2015-ci ilin 6 avqustunda   geri qayıdan rektor özü ilə bərabər gətirdiyi,   Qafqaz Univeritetində və  türk liseylərində Fətullah Gülənin moizələri ilə formalaşmış  və rektorun oğlu Şamil Süleymanovun seçdiyi, təlimatlandırdığı bir qrup nurçu dəstəsini universitetə, əvvəlcədən məqsədli şəkildə  boşaltdırılmış prorektor, tədris şöbəsinin müdiri  və s. mühüm   vəzifələrə oturtdu. Bu gün  universitetdə nurçu şəbəkəsinin formalaşması tamamlanmaq üzrədir.

     Elə ilk 1-2 aya məlum oldu ki, nurçu prorektor Vüqar İsmayılov, Səbuhi Yusifov və dekan Azər Hüseyn adlarına olan dissertasiyanın müəllifləri deyillər və tutduqları vəzifəyə uyğun gəlmirlər. Onların hər biri  bir müştəri kimi dissertasiya yazılmasını sifariş ediblər, sonra isə müdafələrini təşkil etdiriblər və bunların müqabilində payladıqları “konfet kağızları” hesabına olublar “alim”. Bu faktlar barədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, AAK-na, Təhsil Nazirliyinə və digər əlaqədar təşkilatlara müraciət olunub. Hələlik onların elmi dərəcələrinin ləğv edilməsi üçün mühüm hüquqi prosedurlar yerinə yetirilməkdədir...

        Xardax plagiatçılığın banisi Vüqar İsmayılovun   elmi səviyyəsizliyi  

Tədris işləri üzrə  prorektor V.İsmayılov bu vəzifəyə təyin ediləndə Qafqaz universitetində cəmi bir il baş müəllim olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasının əyani şöbəsini bakalavr kimi bitirib. 2001-2003-cü illərdə eyni fakultənin “İdarəetmənin sosiologiyası “ ixtisası üzrə magistaturada təhsil alıb.      

    İxtisasca sosioloq olan  V.İsmayılovun “İstehsalın ərazi və sahəvi idarəetmə quruluşunun təkmilləşdirilməsi məsələləri (aqrar sahənin materialları əsasında)” 5312.01-“Sahə iqtisadiyyatı” ixtisasından bir müştəri kimi adına yazılan dissertasiyada bəzi mənbələrdən götürülən 10-larla səhifə plagiat materialların olması,  I fəslin 33-37 səhifələrindəki mətni şəkillə birlikdə  II fəslin 72-74-cü, II fəslin 59-61 səhifələrini olduğu kimi III fəslin 115-117-ci səhifələrində eynilə təkrarlanması, şəkillərin, cədvəllərin düzgün tərtib edilməməsi, onların şərhinin verilməməsi və ya səhv verilməsi, “Nəticə və təkliflər”in və  ədəbiyyat siyahısının yalandan və səhv yazılması, siyahıda olan 161 ədəbiyyatdan 21-nə istinad edilməsi, öz əsərlərinin işə və siyahıya salınmaması, kitabdan köçürdüyü cümləni elmi yenilik kimi verməsi, “Mündəricat”ı belə  tərtib edə bilməməsi (səh.2), cədvəli sxem adlandırması (səh.14), illər üzrə istehsal olunan yumurtanın miqdarını “min ton”la ifadə etməsi (səh.57, cədvəl 2.3), cədvəl 3.1-də “Əhalinin sayı” qrafasında məsələn, Abşeron regionu üzrə 195.1 və s. (səh.88) yazması, adi diaqramı səhv çəkməsi (səh. 93-96) və  başqa çoxlu səhvlərin olması danılmaz faktdır.  V.İsmayılov bu səviyyədə dissertasiyanı  necə yazdırıbsa, necə müdafiə edibsə, necə elmi dərəcə alıbsa, indi də elmi fəaliyyətini  həmin yolla davam etdirir... “Məscidin qapısı açıqdır, itin həyasına nə gəlib” deyən babalarımız itdən də həyasız məxluqların olacağını əvvəlcədən görürlərmiş.    Rəhmətlik akademik Azad Mirzəcanzadə vaxtilə, AAK-ın sədri olanda ibrətamiz bir deyimlə ”Bir damcı istedad, bir stəkan həyasızlıq və bir vedrə sırtıqlıq” sahiblərinin elmə gəlişini lənətləyirdi...

      Budapeştdə Zemmelvays universiteti 29 mart 2012-ci ildə, dissertasiyasındakı plagiatlığa görə Macarıstanın prezidenti olan Pal Şmittin elmi dərəcəsini ləğv etmişdir. Bundan başqa Almaniyanın müdafiə naziri Karl-Teodor tsu Quttenberq doktorluq dissertasiyasında başqa müəllifin əsərlərindən plagiatlıq etdiyinə,  elmdə yol verdiyi saxtakarlığına görə istefaya göndərilmişdir.

     Bizim halda  isə başqa müəlliflərin əsərlərindən köçürməsi bir yana,  Vüqar İsmayılov  plagiat dissertasiyasının içində yenidən plagiatlıq etmişdir. Onun bu yaramaz əməli elmdə Azərbaycan adına utanc gətirən yenilikdir və  silinməsi mümkün olmayan qara  bir ləkədir. Vüqarın dissertasiyasını plagiatın plagiatı adlandırmaq olar. Xarici və daxili mənbədən edilən plagiatlığa ğörə “xarici” və “daxili” sözlərinin ilk üç hərfini birlikdə yazmaqla “plagiatın plagiatı” əvəzinə”,  yeni  “xardax plagiat” terminini işlətmək olar. Hər iki termini Vüqarın misalında bir yerdə də işlətmək olar. Məsələn, plagiatın plagiatı V. İsmayılov, xardax plagiat V. İsmayılov və ya plagiatın plagiatı, xardax plagiat V. İsmayılov  hələ də ATU-da tədris işləri üzrə prorektor kimi işlədilir. O, universitetdə pulyığma kimi “mühüm işlə” fəaliyyətini davam etdirir.

  Dissertasiya işlərinin 75 il müddətində qorunub saxlandığını nəzərə alsaq, dissertasiyadakı elmi ayıblar xardax plagiat prorektor V.İsmayılov və s. onun kimilərinin alnının möhürüdür, onları qarabaqara izləyəcək. Elm çirk götürmür, çirki də, onu çirkləyənləri də özündən təmizləyəcək...                    

   

 

 

 “Allah adamı” Akif Süleymanovun işləkləri  və ya tələbələrdən yığılan pullar geri qaytarılmalıdır

   Bir tərəfdən, Akif Süleymanov günahlarının əsirliyində, çoxsaylı qoruyucularının əhatəsində işləklərinin  və onun nəticələrinin acısını çəkməkdədir. Digər tərəfdən, o, savadsız, müştəri-alim Vüqar abiyə oxşarları qabağa verib, kollektivin gözünü qorxudaraq çirkin niyyətlərini həyata keçirməkdədir...

      Qısa müddətdə bir necə milyon manat pulu talan edilən universitet barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan cinayət işində 400-ə yaxın müəllim-tələbə kontingenti şahid qismində izahat verib. Bu vəziyyətdə universitetin rektoru dosent A.Süleymanovun nüfuzunun hansı səviyyədə olmasını  təsəvvür etmək çətin deyil.  Bir ildir ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində  universitetlə bağlı 152026104 saylı  cinayət işi üzrə məhkəmə prossesi gedir. Maraqlıdır ki, hələlik cavabdeh qismində bir mühasib və bir fəhlədir(!?).

    Rektor dosent Akif Süleymanov 8 dəfə bildiriş alsa da  bu məhkəməyə getmir, görəsən  şahid qismində belə dindirilməkdən niyə  qorxur? Qorxma, səndən yəqin ki, hələ bu məhkəmədə nurçularla birlikdə  baş vurduğun özbaşınalıqlar, çoxsaylı pul mənimsəmələri, o cümlədən abilərə  və yaxınlarına universitetə gələn gündən 2-3 min manat əlavə əmək haqqı verilməsi, bir çox dərslərin deyilmədən sadəcə jurnallara qeydiyyat aparılmaqla  müəllimlərə  maaş verilməsi,  kiçik ölçülü tualetin tikinti və təmirinə 90 min manat xərclənməsi,  “Qurban Bayramı”nda 09.09.2016-cı il tarixli 185 saylı əmrlə 30 nəfərin hərəsinə 550 manat mükafat verilməsi və sonra ikinci ildir ki, müqaviləsiz işlədilən xardax plagiat prorektor V. İsmayılov tərəfindən pulların toplanması, 4-8 noyabr 2016-cı il tarixlərində turniket kartı üçün tələbə və işçilərdən 17 min manat pul yığılması, bu 2017-ci ilin may-iyun aylarında axırıncı kurs tələbələrini aldadaraq, hər birinə Kapital Bank vasitəsilə 300 manat pul köçürtməklə (bu pulların tələbələrə geri qaytarılmasını tələb edirəm)  yaratdığın “Davamlı İnkişaf Mərkəzi”nə  100 min manat pul toplamasını, müəllim və işçilərin vaxtından 10 gün əvvəl 06.07.2017-ci il tarixdən məzuniyyətə buraxılması və s. ciddi qanun pozuntuları barədə soruşmayacaqlar.

   Universitetdəki Heydər Əliyev Muzeyində  plagiatın plagiatı, xardax plagiat  Vüqar İsmayılovun dostları ilə  özünə ad günü keçirməsi və onu sosial şəbəkələrdə yayması ilə  Dövlətimizə, onun Ümummilli Liderinə sayğısızlığın cəzalandırılmadığını göstərməklə ictimaiyyətə   verdiyi mesaj çox təhlükəlidir.   Rektor dosent A. Süleymanovun FETÖ-çülərin  qiyam cəhdinə qədər, nurçularla birlikdə, dəfələrlə  Türkiyə universitetlərinə  səfərlərinin sirri və onlarla birgə törətdiyi qanunsuzluqlara hüquqi qiymət verilərkən bunların hamısının sorğu-sualı inanıram ki,  olacaq. Bunu onlar gözlərin görünən yerdə yazsın və gözləsinlər... Akif Süleymanov başına yığdığı nurçuları daha Türkiyəyə yox, İngiltərəyə,  Hindistana göndərir, xeyir ola...

    Əlbəttə, köçürdüyü cədvələ sxem deyən, illik yumurta istehsalını “min ton”la ifadə edən “iki uzunqulağın arpasını bölə bilməyən” plagiatın plagiatı, xardax plagiat V. İsmayılov   kimi  “alim”i  universitetə prorektor təyin etdirənlər, bilməli idilər ki, o, bu qafayla, zehniyyatla ATU-da təhsili, elmi çökdürəcək. Onun nəticəsidir ki, nurçuların işlədiyi iki ilin qəbulu 420 və 450 nəfər olmaqla universitet tarixində ən aşağı göstəricidir. Bu il qəbul olunan 100-ə qədər tələbənin qeydiyyatdan keçməkdən imtina etməsi və  100 tələbənin  də universitetdən çıxıb təhsilini başqa ali məktəbdə davam etdirməyi üstün tutması nurçulara nifrətin nəticəsidir.  Lakin nurçu  xardax plagiat V. İsmayılov  prorektor kimi  hələlik “elmi nailiyyətlərini” təhsilə tətbiq etməklə, miqdarı “ton”larla ifadə olunan pulyığma yarışında xarüqələr yaratmaqdadır... Akif və Vüqar üçün keçən il işdən çıxardıqları 100 nəfər az oldu, indi də 29 noyabr 2017-ci il tarixində 150 nəfəri işdən çıxarmağa hazırlaşmaqla onların da ailəsini  çörəklə imtahana çəkmək arzusundadırlar.

                                          Cəsarət  duası

 

     Rektor dosent Akif Süleymanov məhkəmədən yaman qorxur. Qorxma, get məhkəməyə kişi kimi (üzr istəyirəm) de ki, mən “Abşeron Holdinq 2013” MMC ilə əlaqəyə girib 102 min manatı çırpışdırmamışam,  universitetin bir çox tələbələrinə müəllim, baş müəllim əmri verib, adlarına yazılan maaşları da mənimsəməmişəm, ölülərə, işdən çıxmışlara, nə bilim oğru yoldaşlarımın yaxınlarına və s., və i.a. maaş yazmamışam. Qorxma, get məhkəməyə, sən mələk kimi (Allahım, mələklərinə şər atdığım üçün məni bağışla) adamsan, haram tikə keçməz boğazından, oruc tutub, namaz qılırsan (guya). Bilmirəm “Qurban Bayramı” ilə əlaqədar  9 sentyabr 2016-cı il tarixində,  sənin 185 saylı əmrinlə, 30 nəfərin hər birinə verdiyin 550 manat mükafatdan və  xardax plagiat alim,  prorektor Vüqar İ. tərəfindən  o pulların yığılmasından mələklərin xəbəri varmı? Varsa batdın, oruc tutmağın və namaz qılmağın da  Vüqar abiyə  qurban getdi. 

     Amma, sən  “Qurban Bayramı” ilə əlaqədar mükafatı  ayda 2-3 min manat maaş verdiyin müştəri-alimciklərə və onların “əl öpən” dəstəsinə yox, ayda 120 manat maaşla işlətdiyin universitetin təmizlik işçiləri-xadimələrə,  texniki  və s. ehtiyacı olanlara 20-30 manat  yazsaydın, onlar da 1-2 kq ət alıb axşam balalarını başlarına yığıb, sənin də atana-anana Allah rəhmət eləsin desələrdi, Allaha da, bəndəyə də xoş olmazdımı?...

    Sən ətrafındakı Vüqar abilərlə, bildiyin yolla get. Vüqar abidən bərk-bərk yapış, o, sənə layiq olduğu üçün də dəyərlidir. Səni də , oğlun Şamili də, ətrafınıza  yığdığınız əlaltılarınızı da layiq olduğunuz yerə Vüqar abilər hökmən  aparacaq. Amin inşallah...Yaşasın Akif, Şamil və Vüqar birliyi (aşağıdakı haşiyənin yazıdakı konkret şəxslərlə heç bir əlaqəsi yoxdur)...

Haşiyə:    Sovetlər dönəmində inşaatçılar günü keçirilirdi. Bir dəfə Ermənistanda “Ləlvar” sovxozunun inşaatçıları bayramlarını qeyd etmək üçün meşəyə, bulaq başına gedirlər. Onların içində cəmi bircə nəfər  azərbaycanlı olur. Məclisin qızğın yerində erməninin biri deyur ki, “bu badəni Andranikin şərəfinə içəcəyik”, hamı da söz deməlidir. Sıra azərbaycanlıya çatanda deyirlər ki, “usta Ziyatxan  (Allah rəhmət eləsin)  sən də tost de”. Ziyatxan usta da ayıq adam idi, hər şeyi vaxtında başa düşmüşdü. Heç tərəddüt etmədən başlayır ermənilərin dostluğundan, iş-gücdən bir az danışır və sonda  “Allahdan erməni xalqına ikinci bir Andraniki də yetirməsini” arzulayır. Hamı əl çalır, yeyib içirlər... Ziyatxanın hazırcavab  olduğunu yaxşı bilən məclisdəkilərdən  biri gecə ayılanda fikirləşir ki, “axı necə oldu ki, bu Ziyatxan erməniləri  təriflədi, ikinci bir Andranikin olmasını da arzuladı”, bir nəticəyə gələ bilmir. Burda nəsə bir iş var deyə sabahın açılmasını gözləyir. İşə gələn kimi erməni usta Ziyatxanın üstünü kəsir ki, “sən necə oldu ki, bizim milləti təriflədin, hələ ermənilərə  ikinci bir Andraniki belə arzuladın? Sən canın düzünü de”. Ziyatxan da gülüb deyir ki, “ay erməni hamınız sərxoş, meşədə üstümü kəsibsiz ki, Andraniki təriflə. Mən də Allahdan sizə ikinci Andraniki də yetirməsini istədim. Yəni bir Andranik sizi qırdırdı tükənmədiniz, ikincisini də arzuladım  ki, sizi təmiz qırdırıb, kökünüzü kəsdirsin”. Ermənilər dilxor olub dağılışırlar...

Prof.  Cahangir Hacıyev

 

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNİN REKTOTUNA QORXULUQGÖTÜRMƏ DUASI

 

 

 

 

 

 

 

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr