Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı Nəqliyyat Ağentliyinin "Tender oyunu" vətəndaşların başında çartlayır

 

Yenixeber.org: Dövlət başçısı Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədilə 2015-ci ilin dekabr ayından  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını qərara alıb.Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı tələblər artmaqdadır. Bakı şəhərində avtobus dayanacaqları insanların ən çox şikayət etdiyi mövzulardandır. Sərnişinlər bildirirlər ki, bəzən lazımlı yerlərdə dayanacaq quraşdırılmır, əvəzində isə lazım olmayan, "insan ayağı dəyməyən" məkanlarda dayanacaq qoyulur.Mediatv.az-ın redaksiyasına gələn bu dəfəki şikayət məktubu da məhz Bakı şəhərində quraşdırılmayan dayanacaqlar ilə bağlıdır.

Məktubu olduğu kimi dərc edirik: Hörmətli redaksiya, Suraxanı rayon Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Çay dükanı deyilən yerin yaxınlığında və 87 saylı məktəbin ətrafındakı dayanacaqlar əlli ildən artıqdır ki  vardır və fəaliyyət göstərir. 2015-ci ilin Yay  Olimpiadasının başlamasına bir müddət qalmış  adı çəkilən ərazidəki köhnə dayanacaq  pavilyonları götürüldü ki, dayanacaq pavilyonlarının yerinə müasir, beynəlxalq standartlara cavab verən pavilyonlar quraşdırılsın. Yay Olimpiadası qurtardıqdan  bir müddət sonra 87 saylı məktəbin ətrafındakı dayanacaq pavilyonun yeri satılaraq yerinə dərhal dükan qoyuldu. Çay dükanı deyilən yerin yaxınlığındakı yer isə boş qalıb. Adıçəkilən yerlərdə marşrut avtobusları dayanmasına baxmayaraq, iki ildən artıqdır ki, yağışlı-qarlı havada islanmağa məhkum edilmişik. Sanki aidiyyatı qurumlar insanlara zülm etməkdən həzz alırlar. Etdiyimiz rəsmi müraciətlərə əsaslı cavab verilmir.Son dəfə rəsmi müraciət etdiyimiz yer Bakı Nəqliyyat Agentliyidir. Bakı Nəqliyyat Agentliyindən verilən rəsmi cavabda, müraciətimiz müsbət qarşılansa da, dayanacaq pavilyonların qoyulması üçün qeyri-müəyyən vaxt göstərilir.Biz Mediatv.az olaraq bu məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-dən vətəndaşların müraciətlərinin tam əsaslı olduğunu bildirdilər. Dayanacaq pavilyonlarının nə vaxt quraşdırılacağı sualımıza isə respublikaya dayanacaq pavilyonlarının gətirilməsi və quraşdırılması barədə Tender elan edildiyini bildirdilər. Tenderin qalibi kim olacaqsa, bu işləri həmin təşkilat həyatə keçirəcək.Daynacaq pavilyonlarının nə vaxt qoyulacağı sualımıza isə dəqiq vaxt deyə bilədilər. Biz dövlət təşkilatı dayanacaq pavolyonun yerini satır, başqa bir təşkilat isə vətəndaşlara “tender oyunun” qurtarmasını məsləhət görür.Görünür BNA-nin “tender oyununa” görə bu dayanacaqdan istifadə edən vətəndaşlar hələ çox yağışlı-qarlı havada islanmalı olacaqlar.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam