Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işçi axtarır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işçi axtarır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir

 

Yenixeber.org: İdarədən verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də, mentorluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, oktyabrın 28-dək tdm@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarə olunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam