Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİBƏLYAZMALAR İNSTİTUTUNDA

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

 

 

ƏLYAZMALAR İNSTİTUTUNDA M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

 

 

     Yenixeber.org: 24 oktyabr 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər- erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.

      Konfransı giriş sözü ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.

     AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e.d. Paşa Kərimov M.P.Vaqifin 300 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından danışaraq bu ələmətdar hadisənin ölkənin əksər təhsil və elmi müəssisələrində qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Vaqif poeziyamızı ümumxalq danışıq dilinə qovuşduran, onu xalq yaradıcılığı nümunələri ilə zənginləşdirən sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə yaşamasına baxmayaraq, xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlamışdır”.

       Plenar iclasda M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu”, institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli “Vaqifin iki türkiyəli sələfinin Baki əlyazmaları”, Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli “Könüldən könülə yollar görünür”, Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnik qızı “Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri” və s. mövzusunda məqalə ilə çıxış etmişlər. Konfransın sonunda qonaqlar Əlyazmalar İnstitutunun sərgi salonunda təşkil olunmuş “Vaqif -100” mövzusunda sərgiyə baxış keçiriblər.

 

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam