Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Yenə də avtobus qəzası

 

 

     Bakıda avtobus qəzası baş verib. "xeberinfo.com"ya daxil olan məlumata görə, hadisə səhər saatlarında, Binəqədi rayonu ərazisində, Xocasən dairəsində qeydə alınıb.
   “İsuzu” markalı, 90 BU 249 dövlət nömrə nişanlı sərnişin avtobusu “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb.
 
   Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. 
     Bundan başqa daha bir avtobus qəzası Hövsanda baş verib.
   Suraxanı Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə bu gecə səhərə yaxın Hövsan yolunda qeydə alınıb.
 
   175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən dünyasını dəyişib.
 
     
     Başqa bir qəza isə avtobus dayanacağında baş verib. Beləliklə  sərnişin avtobusunun qarşısına çıxan "VAZ-2106" markalı avtomobil yolun digər istiqamətində sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Ötüşürdü, toqquşdu

 

 

   Zərbənin nəticəsində "VAZ-2106" markalı avtomobilin qabaq şüşəsi və sol ön şüşəsi qırılıb, sürücü isə ağır xəsarət alıb.
 
   "Mercedes" markalı minik avtomobili "VAZ-2107" markalı digər avtomobillə ötüşməyə çıxdığından yaşayış məntəqəsi olan yolda sürətlə hərəkət edirmiş.
 
    Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
       

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr