Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazdı

Ukrayna mətbuatı Gənc Tamaşaçılar Teatrından yazdı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) Ukraynanın paytaxtı Kiyevdə “Mariya” Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunub

 

Yenixeber.org: Teatrın mətbuat xidmətindən bildirilib ki, sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək, festivalın diplomu ilə təltif edilib.

Qeyd edək ki, festivalda ölkəmizlə bərabər, Polşa, İspaniya, Ukrayna, Slovakiya, Böyük Britaniya və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.  

Ukraynanın ən çox oxunan “Gün” qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda nümayiş olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilib. Məqalədə ilk olaraq ADGTT-nin təqdim etdiyi “Kontrabas” tamaşası haqqında söz açılır. Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını tam və bütöv şəkildə təqdim etməyin öhdəsindən ustalıqla gəlib. Aktyor “balaca adam”ın sərhədlər tanımayan, bitib tükənməz intellektini tamaşaçıya səmimi qəlbdən ötürə bilib. Məqalənin müəllifi vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici duyğularını dəqiqliklə yaşamağa və inandırıcı şəkildə ötürməyə şərait yaradıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam