Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Tarixdə yüksək dövlət vəzifəsi tutan ən gənc siyasətçilər- Araşdırma

Hakimiyyət atributları

 

Yenixeber.org:Neue Zürcher Zeitung (İsveçrə), 20.10.2017ğ

Ehtimal ki, Sebastyan Kurts Avstriya tarixində ən cavan kansler olacaq: onun 31 yaşı var. Lakin başqa ölkələrdə də gənc yaşında hakimiyyətə gələn siyasətçilər var.

Fransa prezidenti Emmanuel Makron

Fransa seçiciləri Fransanın yeni prezidenti kimi Emmanuel Makronun xeyrinə seçim ediblər. 39 yaşlı siyasətçi Fransa tarixində Napoleonun dövründən bəri ən cavan dövlət başçısıdır. Keçmiş sosialist başgicəlləndirici kayera qazanan siyasətçi sayılır.

Teodor Ruzvelt

ABŞ-ın da tarixində gənc prezidentlər olub: 42 yaşlı Teodor Ruzvelt 1901-ci ildə Birləşmiş Ştatların 26-cı prezidenti seçilib.

Con Kennedi

Con Kennedi 1961-ci ildə ABŞ-ın 35-ci prezidenti kimi Ağ Evə köçəndə 43 yaşı var idi. Gəncliyi və xarizması səbəbindən Amerikanın modernləşdirilməsində ona ümid bağlayırdılar. 1963-cü ildə qətlə yetirilib.

Binəzir Bhutto

Gənc qadınlar da dövlətdə əsas vəzifəni tutmağa nail olublar. Məsələn, Binəzir Bhutto. O, 1988-ci ildə 35 yaşında Pakistan hökumətinə başçılıq edib. 2007-ci ildə sui-qəsd qurbanı olub.

Toni Bler

Bler 1997-ci ildə Böyük Britaniyanın baş naziri olanda 43 yaşındaydı. Öz partiyasını seçkilərdə üç dəfə dalbadal qələbəyə aparıb. 2007-ci ildə istefaya gedib.

Viktor Orban

Viktor Orban 1988-ci ildə Macarıstan hökumətinə ilk dəfə başçılıq edərkən 35yaşı var idi. Ziddiyyətli fiqur sayılır. Tənqidçilər onun  Macarıstanda insan haqlarını sistemli şəkildə pozduğuna görə ittiham  edirlər.

Mixail Saakaşvili

36 yaşında prezident olub və Gürcüstanda çox uğurlu və dərin islahatlar keçirib. Məsələn, ölkədə korrupsiyanı ləğv edib və effektli dövlət yaratmağa çalışıb. İkinci prezidentlik müddəti bitəndən sonra (2013) ABŞ-a mühacirət edib, amma 2015-ci ilin fevralında Ukraynaya prezident müşaviri vəzifəsinə dəvət olunub.

Devid Kemeron

O, Britaniyanın baş naziri olarkən 43 yaşın içindəydi. Brexit səsverməsindən sonra istefaya gedib.

Atifete Yahyaqa

Dövlətdə yüksək post tutan gənc qadına daha bir örnək Atifete Yahyaqadır. 2011-2016-cı illərdə 36 yaşında Kosova prezidenti olub.

Vladimir Qroysman

Vladimir Qroysman 2014-cü ildə Ukraynanın baş naziri olanda 38 yaşı var idi. Ukrayna prezidenti Poroşenkonun ən etibarlı adamı hesab olunur. 

Şarl Mişel

Hüquqşünas Şarl Mişel 2014-cü ildə 38 yaşında Belçikanın baş naziri olub. Bunadək Valloniyanın daxili işlər naziri postunu tutub.

Matteo Rentsi

Rentsi İtaliya baş naziri postunu tutanda cəmi 39 yaşı var idi. İtaliya tarixində ən gənc dövlət başçısıdır. 2016-cı ildə istefa verib. Bu yaxınlarda hakim sosila-demokrat partiyasının başçısı seçilib və gələn il yenidən baş nazir olmaq niyyətindədir.

Aleksis Sipras

2015-ci ildə Yunanıstan hökumətinə Aleksis Sipras başçılıq edib. Bu vaxt o, 40yaşında idi. Son 150 ildə Yunanıstanın ən gənc baş naziridir.

Castin Tryudo

O da elə həmin il 43 yaşında Kanadanın baş naziri seçilib. Atası Pyer Tryudo da Kanadanın baş naziri olub. Siyasi karyeraya başlamazdan qabaq müəllim işləyib.  

 

Taavi Rıyvas

Sədri olduğu Estoniya Liberal İslahatlar Partiyasının üzvüdür. 2014-2016-cı illərdə Estoniya hökumətinin başçısı olub. Vəzifəyə başlarkən 34 yaşında idi.

Ramzan Kadırov

30 yaşı olanda Çeçenistan prerzidenti təyin edilib. Putinin dəstəklədiyi diktatordur, buna baxmayaraq orada onu çox sevirlər.

Kim Çen In

Daha bir tiran gənc yaşında yüksək post tutub. 2011-ci ilin dekabrında atası öləndən sonra KXDR-də ali dövlət vəzifəsinə keçib: o vaxtdan “partiya, dövlət və ordunun ali rəhbəri”dir. Ölkədə yüzlərlə edama göstəriş verib, ölkənin nüvə cəbbəxanasını təkmilləşdirmək üçün səylə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam