Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dörd nəhəng şirkət internetdə terrorizmlə mübarizə aparacaq

Dörd nəhəng şirkət internetdə terrorizmlə mübarizə aparacaq

 

"Microsoft", "Facebook", "Twitter" və "Google" şirkətləri internetdə terrorçuluq kontenti ilə mübarizədə səyləri birləşdirəcək. Bu barədə qərar şirkət rəhbərlərinin "Böyük yeddilik" (G7 - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya) ölkələrinin daxili işlər nazirlərinin İtaliyanın İskya adasında keçirilən görüşünün yekunları üzrə qəbul olunub

 

Yenixeber.org: ICTnews-a istinadən yazır ki, şirkət nümayəndələri internetdə terrorçuluqla mübarizəyə həsr edilən sessiyada iştirak ediblər. Görüş iştirakçıları bir neçə sahədə əməkdaşlığı möhkəmləndirməklə bağlı razılığa gəliblər. Belə ki, şirkətlər terrorçuluğa aid kontenti tez aşkarlayaraq ləğv etməyə kömək edəcək avtomatlaşdırılmış texnologiyalardan birgə istifadə etmək niyyətindədirlər. Əməkdaşlığın kiçik şirkətlərin mühafizəsinin yaxşılaşdırılması məqsədilə ən effektiv texnologiyalarla mübadiləyə imkan verəcəyi qeyd olunur.

Bundan başqa, elmi tədqiqatlar vasitəsilə informasiya bazasının genişləndirilməsi planlaşdırılır.

Görüşün yekunları üzrə İtaliya daxili işlər naziri Marko Minniti bildirib ki, bu gün internetdə terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam