Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Kərimovanın pullarını ələ keçirir– Şok iddia

ABŞ Kərimovanın pullarını ələ keçirir

 

ABŞ və Niderland Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarında dondurulmuş 784 milyon dollarlıq hesabının böyük hissəsini əldə edə bilər

 

Yenixeber.org: Bu barədə İsveçrənin “Le Temps” qəzeti məlumat yayıb.

Qəzet bu həftə İsveçrə Baş Prokurorluğunda Kərimovanın Cenevrədəki “Lombard Odier” bankında olan dondurulmuş hesabının taleyi ilə bağlı gizli danışıqlar aparılacağını bildirib.

Artıq ABŞ bu hesabdan 550 milyon dolların özünə verilməsini tələb edib. Vaşinqtonun iddiasına görə, özbək klanı maliyyə əməliyyatları üçün Amerika bankları və dollarlarından istifadə edib və bu pulları tələb etmək onun haqqıdır. Niderlandın isə nə qədər məbləğə iddia etdiyi hələ də bilinmir.

“Le Temps” İsveçrədə saxlanılan pulların çox hissəsinin müxtəlif telekommunikasiya şirkətlərindən rüşvət formasında alındığını bildirib. Rəsmi Bern bu pulları öz nəzarəti altında Özbəkistana geri verməyi planlaşdırır. İsveçrənin daha bir tələbi də bu pulların əhalinin xeyrinə xərclənməsidir. Lakin Berndə qorxurlar ki, Daşkənd bunu bacarmasın.

Qeyd edək ki, Gülnarə Kərimova 2013-cü ildən həbsdədir. O, fırıldaqçılıqda, vergiləri ödəməməkdə ittiham edilib. Kərimovanın 12 ölkədə 1,5 milyardlıq sərvətinə həbs qoyulub. Kərimova haqqında indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılsa da bunlar öz təsdiqini tapmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam