Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənilər təşvişdə: Azərbaycan ordusu hər an hücuma keçə bilər

Ermənilər təşvişdə: Azərbaycan ordusu hər an hücuma keçə bilər

 

 

 

 

Azərbaycan danışıqlar prosesində iştirak etməklə Ermənistana şans verir

Yenixeber.org:  Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün istənilən variantdan istifadə etmək hüququna malikdir:

“Azərbaycan danışıqlar prosesində iştirak etsə də, etməsə də, haqlıdır. Çünki ortada Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi durur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul etmir və onun silahlı qüvvələri hələ də Azərbaycan ərazisindədir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hər an hərəkətə keçə bilər. Bu, ölkəmizin beynəlxalq təşkilatlardakı üzvlüyündən və suveren hüquqlarından irəli gəlir. Bunu bütün dünya qəbul edir, Ermənistan isə kifayət qədər açıq dərk edir. Əslində, Azərbaycan danışıqlarda iştirak etməklə Ermənistana böyük itkilərdən qurtulmaq, ağır zərbələrdən xilas olmaq şansı verir. Sonuncu görüşdə tərəflər xarici işlər nazirliyinə müvafiq tapşırıqlar veriblər və Minsk Qrupu həmsədrləri bu yaxınlarda onlarla görüşəcək. Bu gün problemin həll edilməsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanın yürütdüyü siyasət nəticəsində əhalisindən məhrum olmağı və beləliklə də dövlətçiliyinə son qoyulmasını gözə alır. Danışıqlar prosesinin bundan sonra davam edib-etməməsi isə artıq bir neçə faktordan asılı olacaq. Azərbaycan gələcəkdə vəziyyətdən asılı olaraq növbəti addımlarını müəyyən edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam