Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Kürdlər parçalanır: Yezidilər də ayağa qalxır Ana səhifə Gündəm

 

 

Kürd qüvvələri daxilində parçalanma meyilləri getdikcə daha da güclənir

 

Yenixeber.org:  Bunu açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Bərzani başda olmaqla İraq Kürd muxtariyyətinin kopromisli qərarların tərəfdarı olduqlarını irəli sürməsi onların planlarının dəyişdiyindən xəbər verir:

“Buna qədər rəsmi Bağdadın sözünü eşitmək istəməyən Ərbil Kərkükdə baş verənlərdən sonra yavaş-yavaş öz tonunu dəyişir. Bəllidir ki, Kürdüstan layihəsini dəstəkləyən ABŞ və onun müttəfiqi İsraildir. Çox güman ki, Vaşinqton və Təl-Əviv Məsud Bərzanini bundan sonra da dəstəkləyəcək. Bir çoxları belə düşünür ki, guya Bərzani qüvvələri mübarizəyə girmədən Kərkükdən geri çəkildi. Əslində, bu barədə bir qədər başqa fikirdəyəm. Məsələ ondadır ki, Kərkük tarixən türklərin yaşadığı bir məkan olub və onlar İraqın tərkibində həmişə Bağdadı sayır, onunla hesablaşırdılar, kürdlərdən fərqli olaraq onların daxilində heç bir separatizm yox idi. “İslam Dövləti” problemi ortaya çıxdıqdan sonra kürd separatçılığı da fəallaşdı. Əlbəttə ki, Kərkükdən geri çəkilmələri Bərzani hökumətinin öz məramlarını aradan götürəcəkləri anlamına gəlmir. Daxildə muxtariyyat problemi qalır. Ancaq bir məqam da var ki, kürd qüvvələri daxilində parçalanma meyilləri getdikcə daha da güclənir. Söhbət Tələbaninin dəstələri, Bərzaninin qüvvələri və Sincar şəhərindəki yezidilərdən gedir. Yezidilər İraq Kürdüstanının daxilində özlərinin muxtariyyatını nəzərdən keçirmək istədikləri üçün Tələbainin tərəfdarları, Bərzani ilə onların arasında çox ciddi ixtilaflar var. Yəni etnik baxımdan bir millət olsalar da, onlar arasında dini və iqtisadi rəqabət var. Çünki uzun illərdir bu iki klan arasında heç bir kompromis formalaşmır. Görünür, Ərbil də bütün bu məqamları nəzərə alaraq, bir qədər geri addım atmağa başlayıb”.

Politoloq ümumiyyətlə Kürdüstan separatçılığının vəziyyətinin çox gərgin olduğunu qeyd edib:

“Çünki bölgənin özü çox mürrəkəbdir, ətraf dövlətlər - Suriya, İran, İraq, Türkiyənin separatçılıqla bağlı qəti və prinsipial mövqeyi var. Kürdüstan layihəsinin reallaşması bütün regionu alt-üst edə bilər. Hətta orada bir çox etnik və dini qruplar da hərəkətə keçə və özlərini müxtəlif səviyyələrdə təsdiqləmək istəyə bilərlər. Bunlar baş verməsin deyə federalizm prinsipinin İraqın timasalında qorunub saxlanılması region üçün ümidverici bir amilə çevrilir”.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin Nazirlər Şurası İraq Baş naziri Heydər Abadinin dialoq çağırışını qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam