Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Vaqif Sadıqov:“Millilərin son oyunlarından hamı narazıdır”

Yenixeber.org: “Bu gün U-19-un baş məşqçisi Təbriz Həsənovun hesabatını dinlədik. U-17-in çalışdırıcısı Mirbağır İsayev və U-21-ə rəhbərlik edən Samir Ələkbərovla isə növbəti həftənin ilk günündə görüşəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana 2:1 hesabı ilə qalib gəlsə də, İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabı ilə uduzan 17 yaşadək futbolçulardan ibarət millimiz elit-raunda vəsiqə qazana bilməyib. Kiprə (1:2) və Serbiyaya (1:4) uduzan, İrlandiya ilə qolsuz heç-heçə edən 19 yaşadək futbolçulardan ibarət yığmamız da elit-raunddan kənarda qalıb.

Bu nəticələr haqda danışan Sadıqov Məşqçilər Komitəsinin hesabat hazırlayaraq, AFFA rəhbərliyinə təqdim edəcəyini bildirib: “Aşağı yaş qrupları üzrə millilərin son oyunlarından hamı narazıdır. Amma qiyməti sırf nəticəyə görə yox, görülən işə görə verməliyik. Bundan öncə Təbriz Həsənovun komandası ölkəmizdə keçirilmiş 17 yaşadək yığmaların Avropa çempionatının final mərhələsində qrupda 4 xal toplamışdı. Əvvəlki nəticələrə görə qiymət vermirik. Yenə deyirəm, son nəticələr heç kimi qane etmir. Həm U-17, həm U-19-un qarşısına qrupdan çıxıb, elit-raunda vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Heyf ki, yığmalarımız bu tapşırığın öhdəsindən gələ bilmədilər. Bütün oyunların video-materialları bizə təqdim olunub. Onları analiz etmək üçün bir qədər vaxt lazımdı. Son qərarı rəhbərlik verəcək. Ən vacibi odu ki, hər iki məşqçinin müqaviləsi var. Birinci gün Mirbağır İsayev, eyni zamanda Samir Ələkbərovla görüşəcəyik. Sonra Məşqçilər Komitəsi adından hesabat hazırlayıb, rəhbərliyə təqdim edəcəyik. Ələkbərovla yanaşı, köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadə də bizimlə görüşəcək. Onların da hesabatını dinləyib, hazırlıqları ilə tanış olacağıq. Çünki U-21-in noyabrda 2 oyunu olacaq”.

Sadıqov aşağı yaş qrupları üzrə yığmaların son oyunlarında qeydə alınan nəticələrin onu narahat etdiyini gizlətməyib: “Futbolumuzun inkişafını, əsas millinin uğurlu çıxış etməsini istəyiriksə, mütləq aşağı yaş qrupları da lazım olan səviyyədə oynamalıdılar. AFFA rəhbərliyi tərəfindən hər yaş qrupu üzrə milliyə şərait yaradılıb ki, Avropa çempionatının seçmə oyunlarında yaxşı nəticə əldə etsinlər. Bu uşaqların gələcəkdə əsas yığma üzvü olacaqlarını nəzərə alsaq, əlbəttə ki, aşağı yaş qruplarının son nəticələri bizi qorxudur. Çoxdandı belə nəticələrlə rastlaşmırdıq. Ən əsası futbolçuları məğlub psixologiyasından qurtarıb, qalib psixologiyasına alışdırmalıyıq. Vaxtında müdaxilə etməklə nəsə əldə edə bilərik. Bizdə istedadlı futbolçular var. İlk müstəqillik vaxtlarından yığmada çalışmışam. Həmin illərdəki şəraitlə indiki şərait arasında böyük fərq var. İndi aşağı yaş qrupları üzrə yığmalarımız hər ay təlim-məşq toplanışı keçirlər, tez-tez beynəlxalq yarışlarda iştirak edirlər. Bu mənada, biz hər komandadan uğurlu nəticə tələb edə bilərik”.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam