Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Ölü torpağı, qurd yağı, yarasa qanı... -Azərbaycanda dəhşətli cadu biznesi var...

Ölü torpağı, qurd yağı, yarasa qanı... -

 

Müsahibimiz Azərbaycanın məşhur ekstrasensi, parapsixoloq Zərinə Ulduzdur

Yenixeber.org: 

- Öncə sizi tanıyaq...

 

- Adım Zərinə, təxəllüsüm Ulduzdur. Təxəllüsümün mənası Davud ulduzundan götürülüb. Süleyman peyğəmbərin möhürü anlamına gəlir. Bu təxəllüsü mənə bir tədbirdə veriblər. Milliyətcə yəhudiyəm.

- Bizə insan və kosmik enerji haqqında danışın

- İnsan bədənində onurğa sütunu boyu 7 çakra mərkəzi var. Çakralar fərqli rənglərdə olur və hər biri öz nöqtəsindəki orqanlara təsir edir. Çakranın biri bloka düşərsə, həmin bölgədəki orqanlarda xəstəlik yaranmağa başlayacaq. Həmçinin, bu çakralar hər biri ayrı-ayrı planetlərlə əlaqəlidir. İnsanın enerji alıb-verməsi, başqalarına ötürməsi olduqca mürəkkəb prosesdir. Enerjinin yayılma sürəti saniyənin milyardda birinə bərabərdir. Kənardan bizə ötürülən enerji birbaşa özümüzə və kosmos vasitəsilə də ola bilər. Ötürmə ümumi və xüsusi olur. Parapsixologiyada "eqreqor" deyilən bir anlayış var. Bu anlayış fərdlərə, ölkələrə, materiklərə, planetimizə, həm də başqa cəmiyyətlərə aiddir. Yəni, kosmosda şəxsən sizin ayrıca bağlantı mərkəziniz, yaxud enerjivari əksiniz - eqreqorunuz olduğu kimi, Azərbaycanərazisinin və buradakı cəmiyyətin də elə bir eqreqoru var. Azərbaycanda yaşayan ayrı-ayrı etnik toplumların, xaricdəki ölkələrin, ümumi Yer planetinin də kosmosda eqreqoru mövcuddur. İnsan dünyadan köçən zaman onun eqreqoru silinə də bilər. Bu insanın ruhi-mənəvi kamilliyindən, özündən sonra belə bəşəriyyətə verəcəyi faydalardan asılıdır. İnsanlar hər zaman şeytani əməllərdən uzaq olmalıdır. Sehirdən, cadudan uzaq olun. Saxta baxıcılara yönəlib, onların qurbanına çevrilməyin. Ruh paklığınızı, auranızın təmizliyinizi qoruyun. Diləklərinizi, istəklərinizi Allahdan istəyin, şeytandan mədət gözləməyin.

Bəziləri ekstrasensiliklə falçılığı qarışdırır. İkisinin arasındakı fərq nədir?

- Ekstrasenslər adi insanların duya bilmədiyi qavramaları hiss edənlərdi. Elmi cəhətdən belə insanların bacarıqları hələ ki, tam öyrənilməyib. Onlar hətta əşyaların keçmişi və gələcəyi haqqında məlumat verə bilirlər. Bu insanlar öncə görmə, müalicə və digər sahələrdə öz güclü duyum qabiliyyətləri ilə başqa insanlara məlumat verir, yardım və istiqamət göstərirlər. Ekstrasensorikanın dünyada qəbul olunan xeyli sayda sahəsi var ki, onların bəzilərinin kökü çox qədimlərə gedir. Məsələn, qədim şahların saraylarında xüsusi münəccimlər olub ki, onlar heç bir avadanlıq olmadan, göy cisimlərinin hərəkətini müşahidə etmək və bununla baş verəcək hadisələr haqqında öncədən xəbərdarlıq etmək gücünə malik olublar. Hər bir insanda ekstra duyumlar var. Sadəcə bəziləri həmin hissi anlamır və ondan yararlanmır, bəziləri isə Allah tərəfindən verilən həmin qabiliyyəti özündə aşkarlayır və daha da gücləndirir.

Falçılığa gəlincə isə, falçılar insanları qorxu və itaət altında saxlayaraq, onları öz daxili güclərinə inanmaqdan, həmin gücdən yararlanmaq istəyindən məhrum edirlər. Nəticədə insanlarda baş qaldıran tənbəllik və qorxu bəlası onları hansısa cadugərdən aslı hala salır. Allah tərəfindən insana elə bir güc verilib ki, öz daxili imkanları hesabına bütün sıxıntıları aşa bilər. Əminliklə deyirəm ki, falçıların heç birinin nə ekstrasensorikadan, nə də parapsixologiyadan anlayışı yoxdur. Onlar sadəcə insanları aldatmaq, inamlarından istifadə etmək qabliyyətinə malik olan şər qüvvələrdir. Bu tamamilə günahdır.

Hazırda bacarıqlı ekstrasens varmı? 

- Mən bu sahədə 25 ildir ki, araşdırma aparıram. Hədsiz dərəcədə istər cızma-qara, dua-tilsim yazan “magiya ilə məşğul oluram” deyən maqlar, cadugərlər, mollalar və yaxud gündəmdə “ekstrasensəm” deyən insanlarla həmsöhbət olub, müşahidə aparmışam. Təəssüf ki, nəticədə bu elmdən heç birinin anlayışı olmadığını ortaya çıxarmışam. Onlar sadəcə yalan uydurub və özlərini bu yalana inandırıblar. İnsanları da öz qurbanlarına çeviriblər. Cadu etməyin vaxtı var. Günəş saatı, ay saatı var. Gizli elmlərdən bir nümunə göstərim: Elə bir tilsim var ki, ilin yalnız bir günü yazmaq mümkündür. Lakin bəzi saxta mediumlar hər gün yazır. İnsanlara zərər verici maddələrdən istifadə edirlər. Ölü torpağı, qurd yağı, yarasa qanı və s. Hansı ki, insan sağlamlığı üçün zərərli olan toksit maddələrdən ibarətdir. Bunları insanların yeməklərinə evlərinə və ya geyimlərinə istifadə edirlər. Saxta cadulardan insan ölüm yatağına düşməsə də, bir müddət sonra tərkibində toksit maddələr daşıyan bu iyrənc maddələrdən ölə bilir. Onlar nəinki insanları, qəbirdə yatan ölüləri belə öz çirkin əməlləri ilə narahat edirlər. Məzarlara şəkil, mismar, cadu, qaşıq və s. kimi əşyalar basdırırlar. Bunları əsla etməyin! Ruhları narahat etməyin. İnsanlara zərər verməyin, imanınızı, ruhunuzu şeytana satmayın! Çünki qara əməllərin nəticəsi sizin üçün xoşagəlməz hadisələrlə nəticələnə bilər. Onlar qeyb aləminin görünməz varlıqları olsalar da ,sizi bir gün mütləq tapacaqlar. Bunları qətiyyən etməyin, "qara magiya"dan uzaq olun və şər qüvvələrin əməllərindən bütün varlığınızla Allaha sığının. Allah ona iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb nura, işığa tərəf yönəldər.

- Mediumların ruh cağırması doğrudurmu, ruhlarla əlaqə varmı?

- Öncə onu bildirək ki, kainatda heç bir şey sahibsiz deyil. Heç bir şey öz başına, təsadüfən yaradılmayıb. Medium, yəni, ruh çağıran insan masa üzərində bir necə fincan düzər və bəzi hərflər sərər. Güya, çağıracağı ruhun adını deyər. Bir az sonra fincanda hərəkətlər başlayar, masadan "Tak, tak!.." səsləri yüksələr. Bu arada, hərflər sağa-sola doğru hərəkət edər. Hərflərin hərəkətindən sözdə ruhun suallara verdiyi cavabları müəyyənləşməyə başlayarlar.

- Mediumların əlaqə qurmaları zamanı masaya vuranlar kimlərdir?

- Şeytanların bəşərə müsəllət olmasına qiyamətə qədər möhlət verilməsi, onların daima insanlara zərər verməyə çalışırı ilə nəticələnib. Bunun üçün şeytanlar, daima insanların sufle və heyvani arzularını işlətməkdə, onları aldatmaqda, doğru yoldan çəkməkdədilər. İğfal yollarından biri də mediumları məsxərə olaraq istifadə etmələri və onlara yanlış xəbərlər verərək, bəşəri azdırmalarla məşğul olmalarıdır.

Bəli, çağırıldığı vaxt gələnlər və mediumların masalarına vuraraq səs çıxaranlar, şeytanlar ilə cinlərin fasıq olan kəsimləridir. Cinlər, insanlar kimi yer üzündə yaşayırlar. Kafir və mömünləri var. Dəyişik şəkil və cildlərə girə bilirlər. Mediumların əlləri dəymədən, kürsünün havada fırlanması, fincanların masa üzərində hərəkət etməsi cin və şeytanlar tərəfindən edilir.

- Zərinə xanım, paralsixologiya deyəndə nə nəzərdə tutulur?

- 25 illik metafizik və parapsixoloji araşdırmalarıma əsasən deyə bilərəm ki, parapsixalogiya şüur çərşivəsindən kənarda hiss, hiss-duyğu qabliyyəti və özəl bacarıq yolu ilə hadisələri araşdırmaq və qəbul etmək deməkdir. Bu hadisələr 4 qrupa ayrılır : 1) Parapsix hadisələr, 2) Parafizioloji hadisələr,3) Parafizik hadisələr və 4) Spirtuel hadisələr. Parapsix hadisələr hisslərdən kənar təcrübədir. Bu qrupa Telepatiya və Telesteziya hadisələri daxildir.

 

(metbuat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam