Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

 

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

 

 

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub 
 
 Yenixeber.org:    MN-dən  verilən məlumata görə, nazirliyinin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
 
Sonra müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.
 
Müdafiə nazirinə məruzə edilib ki, hərbi hissənin sərəncamında olan ən müasir silah və döyüş texnikası aerodinamik hədəflərin və ballistik raketlərin, eləcə də bütün növ digər hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

 

 

Peşəkar bacarıq və bilik nümayiş etdirən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam