Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Fakültələr arasında intellektual oyun keçirilibBSU-da

 

Fakültələr arasında intellektual oyun keçirilib

 

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünə həsr olunmuş intellektual oyun

 

   Yenixeber.org: Oktyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun  təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş oyunun əvvəlində Dövlət himni səsləndirilib.

    Oyun başlamazdan öncə BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ili ərəfəsində ölkəmizin hər yerində müxtəlif səpgili tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva  gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. Rəhbərlik etdiyi universitetin tələbələri ilə fəxr etdiyini deyən Nurlana Əliyeva xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellektə sahib, vətənpərvər gənclərlərin sayəsində əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Rektor sonda tələbələrə yeni nailiyyətlər, sağlam rəqabət və uğurlar arzulayıb.

   Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun  üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

    Yarışın sonunda qaliblər müəyyənləşib. Belə ki, “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olub. Tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova və fakültələr üzrə dekan müavinləri qalib gələn tələbələrə diplom və medallar təqdim ediblər. Birinci yer tutan “DiFai” komandasına qalibiyyət kubokunu BSU-üzrə YAP sədri Sevinc Axundova təqdim edib. İntellektual oyunun lideri  beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.

 

Fakültələr arasında intellektual oyun keçirilib
Fakültələr arasında intellektual oyun keçirilib
Fakültələr arasında intellektual oyun keçirilib

 

BSU-nun Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam