Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

 

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

 

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

 

 

 

Yenixeber.org: “Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür. Fərqli “Günlük” paketləri məhz belə təkliflərdəndir. Məsələn, “Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.

 

Mobil operatorun təklif etdiyi digər günlük paket “Günlük 40 qəpik” paketidir. Paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.

 

“Günlük 10 qəpik” paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini yığmaq lazımdır.

 

“Nar” mobil internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam