Çempionlar Liqasında III turun oyunları keçirilir.

Yenixeber.org: "Qarabağ" növbəti oyununu doğma meydanda "Atletiko"ya qarşı keçirib.

İlk iki oyunda "Çelsi" və "Roma"ya uduzan "Qarabağ" bu dəfə meydandan xalla ayrılıb. Dino Ndlovu 75-ci dəqiqədə meydandan qovulduğundan son 15 dəqiqəni azlıqda keçirən "Qarabağ" Çempionlar Liqasında 3 dəfə final oynayan rəqibi ilə "sülh" bağlayıb - 0:0. Hətta matçın fransalı baş hakimi "Qarabağ"ın penaltisini verməyib, komandamızın əleyhinə bəzi qərarları ilə diqqəti çəkib. Bu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk xalı olub.

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu, III tur

18 oktyabr

Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (52. Yakub Jezniçak, 71), 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike (77. Donald Gerye, 69), 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 90. Ramil Şeydayev.

Baş məşqçi: Qurban Qurbanov.

Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antonio Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko (11. Anxel Korrea, 72), 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro (9. Fernando Torres, 72), 22. Nikolas Qaytan (5. Tomas Partey, 64), 24. Xose Mariya Ximenes.

Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes.

Baş məşqçi: Dieqo Simenoe.

Sarı vərəqələr: Miçel, 53. Dino Ndlovu, 59.

Hakimlər: Ruddi Buke, Giyom Debar, Frederik Kano, Bertrand Juann (Fransa).

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie (Fransa).

Bakı Olimpiya Stadionu.(qaynar)

1

Çelsi

2

2

0

0

8-1

6

2

Roma

2

1

1

0

2-1

4

3

Atletiko

3

0

2

1

1-2

2

4

Qarabağ

3

0

1

2

1-8

1