Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Oğurluq edən şəxslər tutuldu-Bakıda

 

Bakıda oğurluq edən şəxslər tutuldu

           Bakıda çoxsaylı cinayətlər törətmiş şəxslər tutulub.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında BakıŞəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub.

Bundan başqa Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Bakı şəhər sakini Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 7-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Yusifov saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul ayı ərzində rayon ərazisində 2 avtomobildən 40 manat pul, məişət əşyası və sənəd oğurlaması müəyyən edilib.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam