Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Ölkədə İİV-ə yoluxanların sayı açıqlandı

Ölkədə İİV-ə yoluxanların sayı açıqlandı

 

QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir

 

Yenixeber.org: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan  bildirilib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 1 oktyabr 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb. Onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiqlənən 6575 nəfərdən 3029-də yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2230 (74,2%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil edib ki, onların da 1760 nəfəri İNİ olub. 9 ayda  isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam