Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycanla Rusiya arasında yeni körpü salınır

 

Azərbaycanla Rusiya arasında yeni körpü salınır

Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.

Yenixeber.org: “Azəravtoyol” ASC-dən verilən məlumata görə, körpünün təməlqoyma və hökumətlərarası protokolun imzalanma mərasimləri keçirilib.

Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Əvəz Qocayev, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində həyata keçirilib.
Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək.

Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.(azvision)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam