Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Maşallah Əhmədovdan Ali Məhkəməyə şikayət verilib

Maşallah Əhmədovdan Ali Məhkəməyə şikayət verilib

 

Dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib

 

Yenixeber.org: Bu barədə APA-ya zərərçəkmiş Yusif Əzizov məlumat verib. 

O bildirib ki, M. Əhmədov vurduğu külli miqdarda zərəri tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası 2 ilə endirilib:  “Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib”.

Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M. Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki iddia qaldırdığını deyib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilərək, həbs edilən veteran futbolçu Maşallah Əhmədov bu il oktyabrın 7-də, cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

İttihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edib, bir neçə nəfərdən 350 min manat alaraq, mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam