Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çaşıbsa başın

 

 

 

Dövrə vurub qulaq verək söhbətə,

Oyan deyib agah edək milləti.

Bir düşünüb qiymət verək rüşvətə,

Yetmədimi, bu millətə zilləti?!...

 

Rüşvətlə tutulur zamanın nəbzi,

Xalqımın mənliyi pula satılır.

Cırılır, atılır olmaz ki, qəbzi...

Qaynayan samovar, pulla çatılır.

 

Başdadır, başbilən kimə satıldıq,

Asıldıq boğazdan oyuncaq kimi.

Ad var ki, millətik hara atıldıq,

Göründük sinədə, boş sancaq kimi.

 

İşimiz keçəndə nazirə təzim,

Məhkəmə zalında, hakimə rüşvət.

İşimiz düzəldi... Allahu azim,

Ax...millət yaşayır, nə böyük vüsət...

 

Lal olub millətin ağzında dili,

Mal-mülkü girovdur, özü havada.

Ədası susdurur qocaman fili,

Nədən bəs güvənir, uda davada???....                

 

Millətin dərdi var, adından böyük,

Neftiylə, qazıyla əllər kirlənir.

Naləsin ney ağlar ahından böyük,

Dərdinin içində, ərlər gizlənir.

 

Ey millət, tükəndin anlayan varmı?

Aşmısan mayallaq uçubdur başın.

Azıbsa bələdçin, danlayan varmı?

Yatmısan, yat hələ çaşıbsa başın.

Məleykə Abid.15.10.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam