Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur

Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur

 

Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir

 

Yenixeber.org: Hacı Məhəmməd Vasiyev APA-ya bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir. Dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.

O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: “Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsilə söz verilsə də, nəticə yoxdur”.

QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında - 2015-ci ildə işdən azad olunub.

O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam