Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Heydər Əsədov sabiq işçisini cərimələtdi-300 manat

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev 300 manat cərimə olunub.

Yenixeber.org: Bu barədə məlıumatı S.Vəliyevin özü verib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri və onun müavinlərini tənqid etdiyi üçün məhkəmə onu 300 manat cərimə edib: “Demişdim ki,  yeni nazir və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Nazir də bunu özünə təhqir qəbul elədi, məni cərimələtdirdi. Mən 45 il kənd təsərrüfatından danışmışam: rusca, azərbaycanca, ingiliscə. Cinayət Məcəlləsinin 147-148-ci maddəsi ilə məni günahkar bildilər, dedilər, səhv danışmışam. Deməyə də utanıram, dünyanın 60 ölkəsində danışmışam, elmi konfranslarda, beynəlxalq tədbirlərdə çıxışlar etmişəm. İndi sözümü açıq deyə bilmirəm, məhkəməyə verirlər...”

Xatırladaq ki, S.Vəliyevin məhkəməyə verilməsinə səbəb “Cümhuriyət” qəzetinin 13-15 may tarixli sayında yayınlanan müsahibəsi olub. Müsahibədə KTN-ə qeyri-peşəkar kadrların rəhbərlik etdiyini deyən S.Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. S.Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib.

Müsahibədə söylənilən fikirləri təhqir və böhtan kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi S.Vəliyevi məhkəməyə verib. Səbail rayon məhkəməsi isə nazirliyi haqlı sayaraq, sabiq əməkdaşın cərimə olunması barədə qərar çıxarıb.(YM)

DÜNYA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam