Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

50 il öncə Bakı metrosundakı qəza: Qatar necə xətdən çıxıb?

50 il öncə Bakı metrosundakı qəza: Qatar necə xətdən çıxıb?

 

 

 

 

Bu gün Bakı metrosunda ilk qatarın xəttə buraxılmasından 50 il ötür

 

Yenixeber.org: 1967-ci ilin 16 oktyabr tarixində Bakıda ilk qatar xəttə çıxıb. Bu barədə maraqlı məlumat paylaşan Bakı Metropolitenin ictimaiyyətlə əlaələr şöbəsinin müdiri Nəsimi Paşayev qeyd edib ki, həmin gün 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyıb.

Maşinist Nağı Nağıyev və köməkçisi Gennadi Semyonovun idarə etdiyi qatar 05:05-də Depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib.

Sınaq qatarının sürəti 15 km/saat olub. Qatar “28 Aprel” (indiki “28 May”) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki, tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb.

Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib.

Qeyd edək ki, Bakıda ilk metro 1967-ci il 6 noyabr tarixindən fəaliyyətə başlayıb. Bakı şəhərində Metropolitenin 5 stansiyası – “Bakı Soveti”, “26 Bakı Komissarı”, “28 Aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilib.

Xatırladaq ki, Bakı metrosu islam ölkələri arasında qurulan ilk metropolitendir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam