Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TELEPATİYADAN TUTMUŞ... Qeyri-səlis məntiqə kimi

 

 

 

 

TELEPATİYADAN TUTMUŞ... Qeyri-səlis məntiqə kimi 

 

Yenixeber.org: Telepatiya-hiss orqanlarının iştirakı olmadan fikir və hisslərin məsafəyə ötürülməsi, bir qədərdə geniş mənada-hiss orqanları və nitq prosesinin iştirakı olmadan bir şəxsin fikir və hisslərinin müəyyən məsafədə olan digər şəxsə ötürülməsi və həmin şəxs tərəfindən qavranılması.

Vaxtı ilə nəşr olunan “Vətəndaş Həmrəyliyi” qəzetinin redaktoru, elmi kadr İbrahim Nəsir oğlu Quliyevlə mənim aramda telepatiya eyni vaxtda baş tutmuşdu.

Cari ilin iyul ayında da belə bir hadisə ilə qarşılaşmışdım. Nəhayət mənə aydın oldu ki, telepatiya hadisəsi elm insanları və daimi yazarlıqla məşğul olan insanlar arasında baş verir.

Məntiq- təfəkkürün forma və qanunları haqqında elm. Məntiq həmçinin insan şüurunda obyyektiv gerçəkliyin düzgün inikasını bildirən termin kimi işlədilir.

Səlis sözünün izahı-səlis nitq, səlis şeir, səlis kökləmə, səlis ötürmə, səlis tənzimləmə, səlis üslub, səlis oxumaq, səlis danışmaq.

Mahiyyət-predmetin bu və ya digər şəkildə aşkar olunması, təzahürü, onun xarici mövcudluq formalarıdır.

Harmoniya-razılıq, yekdillik, bütövün hissələrinin düzgün, ardıcıl uyğunluğu, birliyi.

Bəs qeyri-səlis məntiq nədir, onunla kim və nə vaxtdan məşğul olub?

Lütfi Ələsgərzadə haqqında müəyyən məlumatları eşitsəm də əlimdə rəsmi məlumat yoxuydu. Nəhayət onun haqqında Azərbaycan Respublikası Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilmiş “DÜNYA ELM ALƏMİNƏ DƏYƏRLİ TÖHFƏLƏR VERMİŞ DİASPOR NÜMAYƏNDƏMİZ LÜTFİ ƏLƏSGƏRZADƏ” haqqında rəsmi məlumat “OLAYLAR” İA tərəfindən 04.09.2013-cü il tarixdə yayımlanmışdır. Həmin rəsmi məlumatı qısa ixtisarla 2014-cü il tarixdə nəşr olunmuş “HAQQ-ƏDALƏT SORAĞINDA” adlı kitabımda vermişəm.

Bu məlumatın qısa ixtisarla müəyyən hissəsini oxucuların diqqətinə çatdırmağı bir vətəndaş olaraq özümə borc bilirəm. Məlumatda yazılır: ”Professor Lütfi-Zadə 1965-ci ildə reallığa fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir.Amma bu nəzəriyyə nədənsə həm Amerika, həm də dünya elmi ictimaiyyəti tərəfindən spektiqcəsinə qarşılanmışdır. Buna da səbəb Lütfi-Zadənin əsərlərinin adamların beynində maddi aristotal məntiqin öz qeyri-səlis məntiqi ilə dağıtması olmuşdur. O, sübut etmişdir ki, insan dünyadakı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də O, bu hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyni açmışdır. Beləliklə əl-xərəzmi cəbri ilə yanaşı qeyri-səlis cəbr-“zadə cəbr”i meydana gəlmişdir.

Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, riyaziyyatın, gibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə geniş nüfuz etmişdir.Paltar yuyan maşından tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə həmin nəzəriyyənin əməli gücü onun mahiyyətini (sözün izahı yuxarıda verilibdir) üstələmişdir.

1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur. 1966-cı ildən etibarən isə dünyanın bir cox ölkələrində Lütfi-Zadənin yaratdığı elmi məktəblər,laboratiyalar fəaliyyət göstərir. Bu nəzəriyyənin praktiki və iqtisadi əhəmiyyəti əvəz olunmazdır.Professor Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqamların həyata kecirilməsində mühüm rol oynayır. O,həm də NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. Professor Lütfi-Zadə həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifidir. Alimin elmi ideyaları 1991-ci ildə Yaponiyanın ən yüksək mükafatına-”HONDA”ya layiq görülmüşdür.

Bir alimdən aldığım məlumata görə Lütfi-Zadəyə “Nobel” mükafatı verilməmişdir. Bir yazar kimi bu barədə onu deyə bilərəm ki, bütün nəzəriyyələr təcrübələr əsasında yazılır.Lütfi-Zadənin nəzəriyyələri müasir texnologiyaların yaradılmasında öz təsdiqini tapdığından ona verilməyən “Nobel” mükafatı dünya miqyasında öz əhəmiyyətini itirmiş olur.

Məni bu mövzunu işləməyə vadar edən 04.10.2017-ci il tarixdə “Xeberinfo.com”da getlmiş “Lütfi Zadənin Azərbaycana vida mesajı- Alimin son müsahibəsi”adında müsahibə olub.

Fikrimi oxuculara çatdırmaq ücün alınan müsahibənin dərindən getdiyini və Lütfi-Ələsgərzadənin verilən suallara cavablarının az bir hissəsini təkrar qeyd edirəm:

-Mən öz işlərimdə qeyri-səlis məntiqə əsaslanaraq, süni intellektə (idrak) önəm verirəm. Qeyri-səlis məntiq insan məntiqinə yaxındır, mən də bu sahəni inkişaf etdirməyə çalışıram;

-Bəziləri qeyri-səlis məntiqə spektiv (şübhə ilə) yanaşırlar. Əminəm ki, qeyri-səlis məntiqə şübhə ilə yanaşan insanlar bu gün “Lütfi düz düyirdi” deyəcəklər;

-Qeri-səlis məntiq sübut olunmalı və inkişaf etdirilməlidir. Onun Azərbaycanda inkişafı və tətbiqini zəruri hesab edirəm;

- Azərbaycan uzaq gələcək üçün alternativ investisiyalara üz tutmalı, yeni gəlir mənbələri axtarışında olmalıdır. Neftin olması üstünlükdür. Amma Azərbaycan təkcə neftdən asılı olmamalıdır. Bu cox risklidir və gələcəkdə problemlər yarada bilər;

-Azərbaycanda elmin inkişafı barədə nə deyə bilərsiniz?- sualına Lütfi Ələsgərzadə konkret cavab vermişdir:-Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Neft və Sənaye Universitetində elmi mühit çox aktivdir.

Bu yerdə cəmi 55 il ömür sürmüş, Azərbaycan Sənaye İnstitutunu bitirmiş, texnika elmləri doktoru,professor,üç dəfə SSRİ Dövlət müfafatı laureatı adına layiq görülmüş (1942,1947,1952), SSRİ Milli Neft Komitəsinin üzvü, Ümumdünya neft konqresləri daimi şurasında SSRİ-nin daimi nümayəndəsi olmuş...ƏYYUB İSMAYIL o. TAĞIYEVİ xatırlamamaq olmur. Müsahibədə oxuculara Texniki universitetinin professoru kimi təqdim olunan Ş.Şahbazova E.İ.TAĞIYEVİ xatırlayıb onu yada saldıra bildimi?

LÜTFİ ƏLƏSGƏRZADƏNİN bir insan kimi görkəmi və dərki, dərk olunmazın dərk olunana çevirməsi, fantastikanı insana xidmət etmə

vəziyyətinə gətirməsi və onu həqiqətə çevirməsi, qeyri reallğın reallığa doğru istiqamətləndirməsi, müasir insan dərkinə sığmayan və gözə görünməyən fərziyyəni canlandırması onu sübut edir ki, onun dünyadakı görüb dərk etmə imkanları zəngin və tükənməzdir. L.Ələsgərzadə təkzib olunmaz faktlara əsaslanıb deyir:”Qeyri səlis məntiq insan məntiqinə yaxındır”.Göründüyü kimi O, məntiqləri bir-birindən fərqləndirir. Dərk etmə zənginliyi və fərqləndirmələr onu yeni bir nəzəryyənin müəllifliyinə gətirib cıxarmışdır. Nəzəriyyələr korifeyi kimi şöhrət qazanması və düşünmə tərzinə təkan verən fiziki sağlamlığı ilə yanaşı sağlam mühitin də əhəmiyyətli rolu olub. Bəli,sağlam düşüncə və ictimai həyatda öz təsdiqini sübuta yetirən nəzəriyyə insan cəmiyyətinə hər tərəfli inkişaf və xoşbəxtlik bəxş edir.

Gizlin də deyil ki, kənar planetlərdən gəlmələr Yer kürəsinin altında, səthində, okeanlarında və atmosferində lövbər atıblar.Bəs bu gəlmələr Yer kürəsindəki insan cəmiyyətinə nə verir? Hələlik bunu dəqiqləşdirib aşkar edən yoxdur.

Mən Texniki Universitetinin əməkdaşı Şahnaz Şahbazovanın vasitəsilə təşkil edilmiş müsahibəyə kölgə salmaq fikrində deyiləm. Ancaq Lütfi –Ələsgərzadə ilə bu son müsahibənin təşkilinə 1983-cü ildə elm və texnika üzrə SSRİ DÖVLƏT MÜKAFATI Laureatına sahib olan, 1999-cu ildən ABŞ-ın Corciya Universitetinin professoru...1989-cu ildən AMEA müxbir üzvü, professoru, ABŞ-ın elm insanları, o cümlədən Lütfi-Ələsgərzadə ilə daim təmasda olan Rafiq Əliyev və vaxtı ilə mövcud olmuş Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA) fəaliyyət göstərdiyi dönəmdə Beynəlxalq Astronavtika Federasiyası (BAF) ilə sıx əlaqə saxlayıb AMAKA-nı həmin federasiyaya üzv etdirən, kosmik elmə dair cild-cild kitabları bu gün də ABŞ-da nəşr olunan, Respublikada kosmik elmin sahibi kimi sayılan alim dəvət olunsaydı Türk dilli dövlətlər arasında böyük rezonans-güclü əks səda doğurar,təəssürat yaradardı.

Yeri gəlmışkən professor Ş.Şahbazova deyə bilərmi onun Texniki Universitet deyiləni ABŞ-ın elm ocaqlarıyla vaxtıyla təmasda olmuş Rafiq Əlyev və bu gün də ABŞ alimləri ilə təmasda olan kosmik alimimiz kimi hansı elm insanlarını yetişdirib? Əgər TU-nin bu kimi elmi kadrları varsa ABŞ-ın elmi dairələrində tanınıb elmi şəxsiyyət kimi qəbul edilirlərmi?

Böyük imperiya dovründə Azərbaycan ikinci kosmik elm mərkəzi olan respublika kimi tanındığı halda, dünya miqyasında Azərbaycan NEFT AKADEMİYASI ilə tanınırdı. Bu gənc dövlətimizə Rafiqlər, adını qeyd edə bilmədiyim kosmik alim kimi yaradıcı elm insanları lazımdır. Albomları bəzəyən rəngli fotolar, yarınanlar və ucuz şöhrət arxasınca qaçanlar dəstəsi yox, xalqımıza və dövlətimizə xeyir verən, ixtiralar və kəşflər edən, məhsuldar texnologilar yaradan elm insanları gərəkdir.

Hal-hazırda elmlərə namizəd olanlar arasında namizədlik işlərinin üzərində bir qədər eşələnib elmlər doktoru olanlarla yanaşı, köcürmədən elmlər namizədi elmi titulu alandan sona professor da ola bilirlər. İndiki MAKA-da və Fəlsəfə və Hüquq İnstitunda bu kimu elmi titullar alanlar var. Ara yerdə dövlətin küllü məbləğdə vəsaiti buxarlanır.Bu qeyd etdiyimlər dəqiqdir.

 

Quliyev Elxan Sarı oğlu

oktyabr 2017-ci il 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam