Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tehranın davranışı Trampın xoşuna gəlmir -Millət vəkili

 

ABŞ İranla imzalanan nüvə müqaviləsini tərk etməyib, sadəcə olaraq, Tehranın ayrı sahələrdə davranışı Vaşinqtonun və Trampın xoşuna gəlmir

 

Yenixeber.org: Bu sözləri ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni strategiyasını dəyərləndirən politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Donald Tramp birbaşa ABŞ tərəfindən İrana qarşı sanksiyaların tətbiq edilməsini istəyir:

“ABŞ İranla imzalanan nüvə müqaviləsini tərk etməyib, sadəcə olaraq Tehranın ayrı sahələrdə davranışı Vaşinqtonun və Trampın xoşuna gəlmir. ABŞ şirkətləri onsuz da bu sanksiyalarsız İranla çox ehtiyatla davranırdılar. O üzdən ABŞ bu ölkəyə heç bir investisya yatırmamışdı. Embarqolar aradan qaldırıldıqdan sonra İran sadəcə bank əməliyyatları həyata keçirmək və dondurulmuş vəsaitləri əldə etmək imkanı əldə etmişdi. Ona görə də ABŞ-ın İrana qarşı bu hərəkətindən sonra yaxın zamanda hansısa ciddi hadisələrin baş verəcəyini gözləmirəm. Yəni ABŞ və İran arasındakı bu durum açıq hərbi qarşıdurma səviyyəsinə qalxmadığı halda regionda real olaraq heç nə dəyişməyəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yeni strategiyası ilə bağlı sənəddə əsas hədəfin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğu açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam