Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərsell” tələbələrlə görüşdü

 

 

 

Azərsell Telekom MMC Tələbə Təqaüdü-2017 proqramı çərçivəsində Bakı və bölgələrdə yerləşən ali təhsil ocaqlarında təhsil alan tələbələrlə görüş keçiriblər

 

Yenixeber.org: Xəbər verir ki, şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələrə Təqaüd proqramı haqqında məlumat verib, onların suallarını cavablandırıblar. Bakıdakı təhsil ocaqları ilə yanaşı Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyalar Universiteti və Mingəçevir Dövlət Universitetinin 1000-ə yaxın tələbələri ilə görüş tələbələr üçün səmərəli olub.

Məlumat üçün bildirək ki, “Azərsell Telekom” sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verib. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət edə bilərlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azərsell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.

Müraciətlərin son qəbul tarixi - 2017-cı il, 15 oktyabrdır.

“Azərsell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam