Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan XİN:“Ermənistan yalnız o zaman Bakı-Tbilisi-Qars marşrutuna qoşula bilər”

"Bəzən Ermənistan tərəfinin nə istədiyini başa düşmək çox çətindir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində Mehri-Culfa və Gümrü-Qars dəmir xətləri qeyri-işlək vəziyyətə düşüb və dənizə çıxışı olmayan Ermənistan özünü tam şəkildə təcrid vəziyyətinə salıb".

Yenixeber.org: Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son dövrlərdə Ermənistanın Bakı-Tbilisi-Qars dəmir-yolu layihəsindən istifadə etməsi məsələsinin Ermənistan ictimaiyyətində müzakirə olunmasına münasibət bildirərkən deyib. H.Hacıyevin sözlərinə görə, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir: "Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam