Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ermənistanda Nizami adında kənd hələ də qalır –Səbəb

İndiki Ermənistan ərazisində indiyə qədər azərbaycanlıların yaşamış olduğu 702 yaşayış məntəqəsinin adı dəyişdirilib. Onların bir qismi sovet dövründə mərhələ-mərhələ dəyişdirilmişdir. Ermənistan müstəqillik əldə edəndən sonra isə Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi tamamlanıb. “Nizami” kimi indi qeyd edilən kəndin də adı əslində dəyişdirilib

Yenixeber.org: Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa Ermənistanda adı dəyişdirilməyən yeganə kənd – Nizami haqda sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Tarixçi alim qeyd edib ki, Nizami kəndinin Naxçıvan Muxtar Respublikasının işğal olunan kəndi ilə heç bir aidiyyəti yoxdur və bu barədə yayılan məlumat həqiqəti əks etdirmir:

 

“Naxçıvanın anklavı olan və 1990-cı ildə Ermənistan tərəfindən işğal edilən Kərki kəndi ilə Nizami kəndini qarışdırmaq olmaz. Kərki kəndi Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir, Nizami kəndi isə Zəngibasara aiddir. Bu yaşayış məntəqəsinin adı 1978-ci il yanvarın 25-nə qədər Yuxarı Necili olub. Burada eyni zamanda Aşağı Necili kəndi də olub ki, 1978-ci ildə onun adı “Sayatnova”ya, Yuxarı Necili kəndinin adı isə “Nizami”yə çevrilib. İndiyə qədər Nizami kəndinin adının qalmasına səbəb isə mənfur ermənilərin Nizamini fars şairi kimi “tanımalarıdır”. Yəni “Nizami” adlandırılan kənd əslində Yuxarı Necili kəndidir və ermənilər bu adı hələ o vaxt dəyişdirmişdilər. Ümumiyyətlə, Qərbi Azərbaycanda bütün toponimlərimizi ermənilər saxtalaşdırıblar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam