Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bakı məktəbləri arasında müsabiqə başlayır

Bakı məktəbləri arasında müsabiqə başlayır

 

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək

 

Yenixeber.org: BŞTİ-dən verilən məlumata görə, idarənin müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçirilən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin məqsədi məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasıdır.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məz­mun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fə­a­liyyə­tinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyən olunacaq. Həmçinin, saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılması və mütəmadi yenilənməsi əsas meyarlardandır.

Qeyd edək ki, qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər tədris ili ərzində 2 dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək. Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam