Redaktor seçimi
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Günün xəbəri

ABŞ “Hizbullah”a qarşı cəbhə açır –İki liderin başı üçün pul mükafatı təyin olundu

Amerika Birləşmiş Ştatları “Hizbullah”a qarşı təzyiqi gücləndirmək üçün səylərini artırır. Bu günlərdə Vaşinqton İranın himayə etdiyi terror qruplaşmasının yüksək rütbəli rəsmilərindən ikisinin həbsinə gətirib çıxaracaq məlumat üçün milyonlarla dollar təklif edib.

Yenixeber.org: Çərşənbə axşamı Dövlət Departamenti “Hizbullah”ın Xarici Təhlükəsizlik Təşkilatına başçılıq etdiyi Təlal Həmiya ilə bağlı hər hansı məlumat üçün $7 milyon, 1983-cü ildə ABŞ Donanmasının Beyrutdakı sığınacaqlarının bombalanmasına yardım etmiş yüksək rütbəli əməliyyatçı Fuad Şükürlə bağlı məlumat üçünsə $5 milyon dollar dəyərində mükafat irəli sürüb. “Qrup bu cür terror aktları törədə bilmək üçün qlobal miqyasda qüdrət əldə etməyə çalışır,” – deyə Terrora Qarşı Milli Mübarizə Mərkəzinin direktoru Nikolas Rasmussen bildirib. O, heç bir təhlükənin qaçılmaz olmadığını və Hizbullahın aktiv şəkildə ABŞ-ı hədəf almağa çalışdığını deyib.

İranın tərəfdaşı

ABŞ kəşfiyyatı uzun zamandır Livanda faəliyyət göstərən “Hizbullah”ı İranın terror fəaliyyətlərindəki əsas tərəfdaşı olaraq görürdü. Rəsmilər deyir ki, “Hizbullah” əməliyyatçıları bütün dünyada aktivdir və 2012-ci ildə Bolqarıstanda ölümcül hücum törədib, bundan əlavə, Azərbaycan, Misir, Kipr, Tailand və Peruda da sui-qəsdlər planlaşdırıb. Terror əleyhinə mübarizə idarəsinin rəsmiləri “Hizbullah”ın inkişaf etmiş raket arsenalını genişləndirməsindən, eyni zamanda özünün silah istehsal edən zavodlar tikməsindən narahatdır.

ABŞ-ın terror qarşı mübazirə aparan əməliyyatçıları Küveyt və Nigeriyada Hizbullaha məxsus silah önlükləri aşkar edib. “Hizbullah”a qarşı ən son addım olaraq ABŞ prezidenti Donald Tramp terror qrupun əsas sponsor İranın 2015-ci ildə əldə olunan nüvə razılığına əməl edib-etmədiyini açıqlayacaq. Ötən həftə Tramp İranın razılığa əməl etmədiyini düşündüyünü və nüvə razılığını ləğv edə biləcəyini deyib. Lakin bunun İranın “Hizbullah”dan istifadəsinə necə təsir göstərəcyi aydın deyil. Terror əleyhinə mübarizə aparan yüksək səviyyəli rəsmilər razılıqla “Hizbullah”ın fəaliyəti arasında birbaşa əlaqə görmədiklərini deyir.

Lakin ABŞ ordusunun rəsmiləri nüvə razılığı nəticəsində açılan $50-150 milyard dollar dondurulmuş aktivlərin İranın dəstəklədiyi qüvvələrə, xüsusilə də “Hizbullah”a axdığından narahatdır. ABŞ-ın “Hizbullah” əleyhinə səylərini çətinləşdirən bir başqa məsələ də bəzi ölkələrin təşkilatı həm terror qrupu həm də siyasi partiya olaraq görmələridir. Livanda isə “Hizbullah”ın bəzi üzvləri parlament üzvü və nazir olaraq fəaliyyət göstərir.

Lakin çərşənbə axşamı Dövlət Departamentinin terrora qarşı koordinatoru Neyten Seyls deyib ki, “Hizbullah”a qarşı mübarizə aparmaq Tramp admnistrasiyasının əsas prioritetidir: “Hizbullahın heç bir siyası qolu yoxdur. O, vahid təşkilatdır, terror təşkilatıdır,” – Seyls deyib.

Seyls həmçinin bildirib ki, Livan Hizbullahı terror təşkilatı olaraq tanımalı olsa da, ABŞ Livan höküməti və ordusu ilə işləməyə davam edəcək. Seyls Livanın silahlı qüvvələrini “Livan sərhədini terror təhlükələrindən qorumaq üçün effektiv tərəfdaş” adlandırıb. Lakin çərşənbə axşamı yüksək vəzifəli İsrail rəsmisi Livanın silahlı qüvvələrinin Hizbullah liderlərinin təsirinə məruz qaldıqları ilə bağlı narahatlığını ifadə edib.

“Livan ordusu müstəqilliyini itirib və Hizbullah aparatının ayırlmaz bir hissəsinə çevirilib,” – deyə İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib. (Amerikanın Səsi)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr