Redaktor seçimi
“Akademik” ayrıseçkilik-
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Günün xəbəri

SURİYADA İRAN-RUSİYA İXTİLAFI:“Türk axını” yeni intriqanın əsas elementinə çevrilir – TƏHLİL

İvan Şvarts

“Nezavisimaya gazeta”, 11.10.2016

 

Yenixeber.org: İran Rusiya və Tehranın rəqib saydığı Səudiyyə Ərəbistanının münasibətlərini qısqanclıqla izləyir. Səudiyyə Ərəbistanı kralının Rusiyaya dördgünlük səfəri bitəndən sonra “İran.ru” informasiya agentliyi Rusiya, İran, Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin ayrıntılarını açıqlayan geniş şərh dərc edib.

Agentlik yazır: “Suriyada Tehran və Moskva arasındakı ziddiyyətlərdən danışmamağa səy edirlər. Lakin Bəşər Əsəd İran və “Hizbullah”, İraq şiələrinin “Mehdi ordusu”, Əfqanıstan xəzərləri simasında müttəfiqləri olmadan hətta Rusiya HKQ və xüsusi təyinatlılarının dəstəyi ilə üç aydan çox duruş gətirməz”.

Əsəd rejiminin süqutundan sonra isə Suriya Ərəb Respublikasında Rusiyanın hərbi iştirakı tezliklə ixtisara düşəcək. Suriyadakı qüvvələr balansının bu cür təsviri Suriya münaqişəsinin həllinə İranın töhfəsini açıqca gərəyincə dəyərləndirməyən Rusiya KİV-lərinin təqdim etdiyi rəsmi mənzərəyə qətiyyən uyuşmur. Rusiya və İran hərbçilərinin mövqelərindəki önəmli ixtilaflar artıq əvvəllər mətbuata sızıb.

Suriyada bundan sonrakı fəaliyyətə nisbətdə Rusiya və İran təmsilçiləri arasında strateji məsələlər üzrə dərin ziddiyyətlər avqustun sonunda Suriya Baş Qərargahı təmsilçilərinin İran və Rusiya hərbi ekspertləri ilə görüşündə üzə çıxıb. Bunu Fransanın "Intelligence online" bülleteni xüsusilə xəbər verib.

Bülletenin danışıqların gedişinə bələd qaynağının sözlərinə görə, bu müşavirə Suriya Ərəb Ordusu (SƏO) tərəfində vuruşan Rusiya və İran kontingentləri komandirlərinin iştirakı ilə Suriya Müdafiə Nazirliyində baş tutub. Görüşə Suriya tərəfdən Suriya prezidenti Bəşər Əsədin  qardaşı, Respublika Qvardiyasının komandanı Mahir Əsəd və SƏO baş qərargah rəisi Əli Əyyub, İran tərəfdən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbərliyindən Qasım Süleymani qatılıb. Fransa nəşrinin məlumatına görə, Süleymani Suriya müharibəsində strategiyanın dəyişilməsinə və silahlı müqavimətin ərazicə təşkilinə nail olmağa çoxdan cəhd edir.

Süleymani çoxsaylı hərbiləşdirilmiş strukturların – İİKK-in “Respublika keşikçiləri” adlana biləcək Suriya analoqunun yaradılmasından savayı Suriya nizami ordusu qalıqlarının birləşəcəyi yeni muxtar hərbi qurum yaratmağı düşünür. HəttaSüleymani istəyərdi ki, bu struktur xeyli dərəcədə İranın bəsic könüllü yığması nümunəsi üzrə milis birləşməsinə arxalansın. Önəmli dərəcədə İraq şiələri, Əfqanıstan xəzərləri və Livanın “Hizbullah” hərəkatı üzvlərindən ibarət olacaq milis bu xalqlardan hərbi birləşmələri Suriya ordusunun tərkibinə daxil etmək imkanı verir.

"Reuters" agentliyi 2015-ci ilin oktyabrında xəbər verib ki, iki il öncə məhz general Süleymani Rusiya rəhbərliyini Suriya münaqişəsinə qarışmağa inandırıb. Agentliyin məlumatına əsasən, general Moskvada görüşdə “Suriyanın xəritəsini açıb” və“prezident Bəşər Əsədin uğursuzluqlar silsiləsinin Rusiyanın yardımı ilə qələbəyə necə çevrilə biləcəyini” rusiyalı həmkarlarına izah edib.

General görüşdə üsyançıların Rusiyanın Tartusda HDQ maddi təchizat məntəqəsinin yerləşdiyi Aralıq dənizi sahillərinə doğru irəliləməsi üzündən Suriyada pisləşən durumu ümumi cizgilərlə təsvir edib.

Lakin bu cür qarşılıqlı fəaliyyət heç də bildirmir ki, Moskva və Tehran vahid plan üzrə hərəkət edir.

"Intelligence online" yazır ki, Suriyada Rusiya əməliyyatlarının komandanı olan general-leytenant Sergey Rudskoy Suriya baş qərargahçıları ilə görüşdə hərbi quruculuq üzrə İranın təklifləri ilə kökündən razı deyildi. Moskva SƏO-nun bəzi ordu korpuslarını yeni texnika ilə təchiz etməklə mövcud strukturun saxlanmasını nəzərdə tutan yanaşmanın tərəfdarıdır. Rudskoy xüsusən Suriya quru qoşunları elit bölmələrinin güclənməsini müdafiə edir. Rusiya generalı Suriya ərazisində strateji obyektlərin qorunması üçün Rusiya mənşəli özəl hərbi şirkətlərin yardımına üz tutmağı təkid edib. Bu, Rusiya qoşunlarını daha önəmli hərbi əməliyyatlar teatrı üçün azad edər.

"İran.ru" agentliyi qəliz hərbi ixtilaflardan savayı, “Türk axını” qaz kəməri ətrafındakı ziddiyyətlərdən danışıb. İran “Türk axını” üzrə gizli danışıqların mühüm hissəsidir. Türklər bu “axın”ın borularının doldurulmasında inhisarçı hüququnu “Qazprom”a təqdim etməyi qətiyyən istəmirlər. Bu layihənin baş tutması üçün ona Qətər və İran qazı daxil olmalıdır. Agentlik yazır ki, bu, Ankaranın şərtidir, Ərdoğan da bu məsələdə Moskvanın həssas yerindən tutub.

Tərcümə (Strateq)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr