Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ölkədə kəskin virus yayılıb:Necə qorunaq?

 

 

Hazırda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Havaların soyuması ilə Azərbaycanda da bu virusa yoluxma halları həddən çox artıb

 

Yenixeber.org: Bu sözləri açıqlamasında Bioloji Təbabət Klinikasının həkim-terapevti Arzu Musayeva ölkədə yayılan kəskin virusla bağlı danışarkən deyib. A.Musayeva bildirib ki, dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir:

“Havanın temperaturu aşağı endikcə respirator virusların artması müşahidə edilir. Ancaq bu virusların təsirləri ildən ilə dəyişir. Xəstəliyin kəskinləşməsinə səbəb xaricdən ölkəyə xeyli sayda turistin gəlməsi və tətildən dönənlərin özləri ilə getdikləri ölkədə yoluxduqları hər hansısa virusu gətirmələridir.

Bu gün ölkədə əhalinin çox hissəsinin yoluxduğu xəstəlik hava və damcı yolu ilə keçən virusdur. Bu qədər kütləviləşməsinə səbəb isə yayılma ehtimalının yüksək olmasıdır.

Bu xəstəliyə daha çox immun sistemi və qanı aşağı olan, soyuqlayan və ac, yorğun, yuxusuz adamların yoluxma ehtimalı çox olur. Kütləvi yerlərdə olan insanlarda bu virusa yoluxma halları çox yüksəkdir. Bu cür virusların aktiv olduğu zamanlarda kütləvi yerlərdə mümkün qədər az olmaq lazımdır”.

Həkim-terapevt məsləhət görür ki, kəskin respirator infeksiya xəstəliyindən qorunmaq üçün immun sistemini möhkəmlədən qidalara üstünlük verilməli, vitaminli qidalar qəbul edilməlidir:

“Qanı az adamların belə viruslara yoluxma ehtimal çox olduğuna görə, qan artıran qidara üstünlük verilməlidir. Mümkün qədər ac və yuxusuz qalmayın. Çünki xəstəlik ac və yorğun insana daha tez yoluxur. Əlləri tez-tez yumaq, öskürən və asqıran zaman ağzı tutmaq lazımdır. Tibbi maskalardan mümkün qədər çox istifadə edilsə, yaxşı olar”.

Yoluxma halı artıq baş veribsə, həkim-terapevt məsləhət görür ki, dərman qəbul etməzdən öncə çoxlu maye qəbul edilməlidir:

“Xüsusilə zəncəfilli, limonlu, nanəli çay qəbul edilməlidir. Zoğal, gicitkən, malina kimi bitkilərin mürəbbələrindən tez-tez istifadə etsələr, daha yaxşı olar. Bizim əhali adi qızdırma və öskürəkdə belə antibiotiklərdən istifadə etməyə üstülük verir. Ancaq bundan ümumiyyətlə qaçmaq lazımdır. Qrip, respirator infeksiyalarında antibiotiklərdən istifadə edilməməlidir. Həmin infeksiya angina, bronxit və plevmaniya kimi kəskin fəsadlar verərsə, o zaman həkim məsləhəti ilə antibiotiklərə müraciət etmək olar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam