Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Tütün və spirtli içkilər nə qədər bahalaşacaq?- Vahid Əhmədov

Tütün və spirtli içkilər nə qədər bahalaşacaq?

 

 Azərbaycanda aksiz vergisi artırılarsa, o zaman tütün və alkoqollu içkilərin qiyməti də qalxacaq

 

Yenixeber.org: Bu sözləri açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aksiz vergisinin dərəcələrinin dəyişdiriləcəyi ilə bağlı açıqlamasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, tütün və spirtli içki məhsullarının vergiləri artırıla bilər:

“Ümumiyyətlə, ötən ilin sonunda bu məhsullarla bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər etmişdik. Bu baxımdan da hesab edirəm ki, tütün və içki məmulatlarının aksiz vergiləri dəyişə, yəni artırıla bilər.

Birincisi, bu məhsullar əhalinin ilkin zəruri məhsulları deyil. İkincisi isə idxalda müəyyən şəffaflıq var. O üzdən həmin məmulatların qiymətinin qalxması gözləniləndir və hansısa ciddi bir problemin yaranacağını da düşünmürəm”.

Deputat bildirib ki, tütün və içki məmulatlarının vergiləri əsasən aksiz vergiləri və Vergi Məcəlləsindəki müəyyən qanunlarla tənzimlənir:

“Çox güman ki, Milli Məclisə müraciət olunduqdan sonra parlamentdə bu məsələyə baxılacaq və dəyişiklik də bundan sonra tətbiq olunacaq”.

Bahalanşmanın hansı həddə olacağına gəlincə, millət vəkili bildirib ki, qiymətlər birdən-birə bahalaşmayacaq:

“Bazarda diaqnostika aparılacaq, bazarın ümumi vəziyyətinə, tələb-təklifə, xüsusən də əhalinin tələbatına baxılacaq və araşdırılma aparıldıqdan sonra qiymətlərin dəqiq nə qədər qalxacağı bilinəcək”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hökumətin aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

“Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz, ilk növbədə, əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr