Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya Ermənistana hərbi kredit ayırır-100 milyon dollarlıq

 

Rusiya Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırır

Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Yenixeber.org: Erməni KİV-lərinə istinadən xəbərə görə bu barədə məsələErmənistan hökumətinin 12 oktyabr sessiyasının gündəliyinə daxil edilib.

Bildirilib ki, iclasda Ermənistan və Rusiya hökumətləri arasında İrəvana kredit ayrılması üzrə sazişinin razılaşdırılmasına baxılacaq.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 20 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Müqavilənin müddəalarına görə, Ermənistanın Müdafiə Nazirliyi və "Rosoboronexsport" ASC arasında müasir silahlanma və texnikanın təmin edilmə proseduru, hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlama öhdəlikləri, satın alma ödənişləri və digər məsələlərlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq. 

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.(azvision)

Alpər Mövlüdoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam