Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ərdoğan və Tramp bu barədə danışacaq - AKP

Ərdoğan və Tramp bu barədə danışacaq - AKP

 

Türkiyə ABŞ ilə viza böhranının tezliklə həll ediləcəyinə ümid edir

 

Yenixeber.org: Bunu hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Mahir Ünal deyib.

“Ümid edirik ki, tezliklə bu məsələ həll ediləcək. İki ölkə arasında olan viza böhranı davam etməməlidir. Məsuliyyətin ən böyük hissəsi bizim Xarici İşlər Nazirliyinin üzərinə düşür. Bu mövzuda danışıqlar davam edir”, - deyə o bildirib.

Ünal həmçinin bu məsələnin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın da müzakirə edə biləcəyini söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu qərara ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsinin səbəb olduğu bildirilir. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam