Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlik bu tədbirlərə 300 min xərclədi

Nazirlik bu tədbirlərə 300 min xərclədi

 

Gənclər və İdman Nazirliyi 2017-ci ildə basketbolla bağlı tədbirlərə 300 min manata yaxın vəsait xərcləyib

 

Yenixeber.org: Nazirliyin məbuat xidmətindən verilən məlumata görə, il ərzində iki dəfə Azərbaycan çempionatı və birinciliklərinin zona və final oyunları keçirilib. Avropa birinciliyinə üç yaş qrupu üzrə (16, 18, 20) yığma komandalar tam heyətlə ezam olunublar.

Yeniyetmələrin I Respublika Oyunları çərçivəsində kişilər arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları təşkil edilib.

Həmçinin, 18 yaşadək kişilərdən ibarət milli 2 dəfə Gürcüstanın açıq çempionatına, əsas yığma isə 2 dəfə Qırğızıstanın paytaxtı Bişkekə beynəlxalq turnirə ezam olunub.

İl ərzində 20 yaşadək kişilərdən ibarət yığmanın Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirməsinə şərait yaradılıb. 3x3 basketbol yığmasının isə Özbəkistanın paytaxtı Daşkəndə səfər etməsinə köməklik göstərilib.

Azərbaycan çempionatlarında icarə haqqları və mükafatları da nazirlik ödəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam